Accessibility links

Blinken Özbəkistana səfər edib


ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü Daşkəndə səfərə başlayarkən ikitərəfli münasibətlər və Özbəkistanın islahatlar planlarını müzakirə etməyi səbirsizliklə gözlədiyini deyib.

Mərkəzi Asiyadan olan həmkarları ilə danışıqlarda iştirakından bir gün sonra Blinken Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidovla birlikdə jurnalistlərlə görüşüb.

Saidov bildirib ki, çərşənbə günü keçiriləcək görüşdə siyasi danışıqlarla yanaşı, ticarət, investisiya, texnologiya və təhsil kimi mövzular da müzakirə ediləcək.

"Biz ABŞ administrasiyasının prezident Mirziyoyevin idarəetmə, qanunun aliliyi, insan haqları, eləcə də qonşularımızla mehriban dost münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş islahatlar gündəliyinə davamlı dəstəyini yüksək qiymətləndiririk" - deyə, Saidov bildirib.

Blinken çərşənbə axşamı Qazaxıstanda səfərdə olarkən deyib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya hücumuna cavab olaraq tətbiq edilən sanksiyaların regiondakı digər ölkələrə necə təsir etdiyinə diqqət yetirir.

Blinken Asiyanın beş dövlətinin rəsmiləri ilə görüşdən sonra mətbuat konfransında "Biz sanksiyalara riayət olunmasını çox diqqətlə izləyirik və "C5" tərəfdaşlarımız da daxil olmaqla, bir sıra ölkələrlə iqtisadi təsirlərlə bağlı müzakirələr aparırıq" deyib.

Blinken əlavə edib ki, sanksiyalara məruz qalan Rusiya şirkətləri ilə işləyən bu ölkələrdəki şirkətlərə və ya qurumlara müvəqqəti güzəştlər verilib ki, onların bu fəaliyyətləri dayandırmağa və Rusiya ilə əlaqələrini kəsməyə vaxtları olsun.

Çərşənbə axşamı Blinken Qazaxıstana əlavə yardım göstərildiyini də açıqlayıb.

"Biz, həmçinin Mərkəzi Asiya üçün iqtisadi dayanıqlılıq təşəbbüsünü - regional ticarət yollarının genişləndirilməsi, yeni ixrac bazarlarının yaradılması, özəl sektora daha böyük investisiyaların cəlb edilməsi və insanlara müasir iş bazarı üçün praktiki bacarıqların verilməsi üçün 25 milyon dollar ayrımasını dəstəkləyirik. Bu gün mən həmin təşəbbüsə əlavə 25 milyon dollar, ümumilikdə regional iqtisadiyyatın inkişafı üçün 50 milyon dollar ayrılacağını elan edirəm" - deyə, o, Qazaxıstanın xarici işlər naziri Muxtar Tiluberdi ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG