Accessibility links

ABŞ Dövlət Katibinin Brüssel səfərində Ukrayna və Əfqanıstan diqqət mərkəzindədir


ABŞ Dövlət katibi Entoni Blinken Avropa və NATO müttəfiqləri ilə Rusiyanın hərbi qüvvələrini Ukrayna ilə sərhəddə cəmləşdirməsi və Əfqanıstanda koalisiyasının əməliyyatları daxil olmaqla bir sıra məsələləri müzakirə etmək üçün çərşənbə axşamı Brüsselə yola düşüb.

Səfər Blinkenin Brüsseldə NATO-ya üzv ölkələrində həmkarları ilə zirvə toplantısında bir araya gəlməsindən üç həftə sonra baş tutur. Blinken əvvəlki görüş zamanı ABŞ üçün müttəfiqlərlə əlaqələrinin gücləndirilməsinin prioritet olduğu haqda danışıb.

“Brüsselə qayıtdığım üçün şadam. Birləşmiş Ştatlar xüsusilə NATO müttəfiqlərimizlə ABŞ-ın ittifaqlarını bərpa etməyə sadiqdir. Transatlantik təhlükəsizlik üçün vacib forum olaraq NATO-ya dəstəyimizi davam etdiririk” - deyə, Blinken bazar ertəsi tvit paylaşıb.

Blinkenin çərşənbə axşamı proqramı Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba ilə danışıqları əhatə edir.

Rusiyanın son zamanlarda sərhəd bölgəsində qoşun toplaması ABŞ-da və digər yerlərdə narahatlıq doğurub.

Blinken bazar ertəsi NATO-nun Baş katibi Yens Stoltenberq ilə vəziyyəti müzakirə edib və “Rusiyanın təhlükəli hərbi güc cəmləşdirməsi və Ukrayna sərhədləri boyunca davam edən təcavüzünə son qoymasının vacibliyi” haqda qarşılıqlı razılığın olduğunu bildirib.

Stoltenberq çərşənbə axşamı Kuleba ilə birgə açıqlama verdiyi zaman “NATO Ukraynanın yanındadır” deyərək, Ukraynaya dəstək ifadə edib.

"Rusiyanın əhəmiyyətli şəkildə hərbi qüvvələrini artırması əsassızdır, izah edilə bilməz və dərindən narahatlıq doğurur" - deyə, Stoltenberq qeyd edib.

Kuleba Ukraynanın “müharibə istəmədiyini” və “münaqişənin həllində diplomatik və siyasi yolla həllinə sadiq olduğunu” vurğulayıb.

Lakin Kuleba NATO-nun dəstəyini vurğulayarkən həmçinin bildirib ki, “Rusiya hər hansı bir ehtiyatsız hərəkətə keçsə və ya yeni zorakı addımlara başlasa, bu, hər mənada baha başa gələcək”.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG