Accessibility links

Blogerə qarşı cinayət işi qaldırılıb


Mühacirətdə olan bloger Tural Sadıqlıya qarşı cinayət işi qaldırılıb. Onun barəsində beynəlxalq axtarış elan edilib. Bu barədə Sadıqlının özü Facebook səhifəsidə yazıb.

O bildirir ki, Baş Prokurorluqda başlanan cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Baş Dəmiryol Polis İdarəsinin cinayət-axtarışı üzrə əməkdaşları ailəsinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evə gələrək məlumat verib və evdə onun olub-olmamasına dair baxış keçirib, protokollaşdırıblar.

“Eləcə də əllərində olan və surətini təqdim etməkdən imtina etdikləri kağızı oxuyaraq çıxıb gediblər. Sənəddə bildirilir ki, axtarışa verilmişəm və axtarış İnterpolun yerli bürosuna tapşırılıb.”

Bloger bu qənatədədir ki, Azərbaycandakı 2018-ci ilin prezident seçkiləri ərəfəsində Avropadakı bir neçə mühacirə qarşı sərt hücumlar başlayıb.

“O cümlədən, fevral ayında atam Əlövsət Sadıqlı Bakıda saxlanıldı, qardaşım Elgiz Sadıqov həbs olundu, işgəncələrə məruz qaldı. Sonralar Almaniyada iki dəfə həyatıma qarşı real təhlükə faktı yaşandı. Aprel ayının 11-də, seçki günü Berlində Azərbaycan səfirliyi qarşısında təşkil etdiyimiz (rəsmi təşkilatçı mən idim) aksiya bitər-bitməz 3 Gürüstan vətəndaşı tərəfindən hücuma məruz qaldım. Yenə həmin ilin 2 iyun tarixində Almaniyanın Nürnberg şəhərində yaşadığım evin yaxınlığında 3 nəfər tərəfindən hücumun qarşısı alman polisi tərəfindən alınıb, alman höküməti tərəfindən barəmdə təhlükəsizlik tədbirləri görülüb. Azərbaycan höküməti kriminal xislətli əməlləri ilə yanaşı, həmçinin mənə yaşadığım ölkədə hüququ müstəvidə çətinliklər yaratmağa cəhdlər edir. Hələ keçən ilin əvvəllərindən Azərbaycan höküməti Almaniyanın Xarici işlər Nazirliyinə (Auswärtiges Amt) mənim Azərbaycana qaytarılmağımla bağlı müraciətlər edib. Lakin nəticəsiz qalıb. Azərbaycanın Berlindəki səfirliyində barəmdə planlar cızıldığı barədə məlumatlandırılmışdım,“ Sadıqlı yazıb.

Bununla yanaşı, prokurorluq orqanları Tural Sadıqlıya qarşı cinayət işi qaldırılması ilə bağlı hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG