Accessibility links

Nadir mavi brilyantın qiyməti 30-la 35 milyon dollar arasındadır [Video]


Nadir mavi brilyantın qiyməti 30-la 35 milyon dollar arasındadır
please wait

No media source currently available

0:00 0:01:33 0:00

Ən böyük, oval formadakı mavi brilyant aprel ayının 5-də, Honq-Konqda hərraca çıxarılacaq. Bu, 10 karatan çox olan təmiz, mavi brilyant bu yaxınlarda Londonda keçirilən mərasimin diqqət mərkəzində olub. “Mavi brilyant nadir daşdır və əgər bu daş təmiz və 10 karatdan böyükdürsə, onun qiyməti daha baha olur. Belə böyük, oval formada mavi brilyant bu vaxta qədər hərraca çıxarılmayıb” deyə, Sotheby-nin direktor müavini Gik Çin Yo bildirir.

“minerals.net”-in Web səhifəsində bahalı daşlar arasında olan brilyanların əsasən rəngsiz və ya zəif rənglərdə olduğu bildirilir. “Fantaziya” adlanan rəngli brilyantlar isə nadir və çox baha olur. Gik Çin Yo: “Bu, açıq mavi, səma rəngində və nadir forması olan brilyantdır. Ən əsası isə onun oval formada olmasıdır. Mənim fikrimcə bu iki xüsusiyyət onu bir az da fəqli edir.”

Cənubi Afrikada çıxarılan bu brilyant Londondakı məşhur De-Beers zərgərlik şirkətinin 2000-ci ildən bəri kəsdiyi 11 daşdan biridir. “De-Beers bu daşları minilliyin qeyd olunması münasibətilə kəsmişdi. 16 ildən sonra Honq-Konqda belə bir tədbirin keçirilməsi çox yaxşı hadisədir.”

London, Cenevrə, Nyu-York, Sinqapur və Taypeydə nümayiş etdirildikdən sonra Sotheby hərracı bu nadir daşı satmaq üçün Honq-Konqa aparacaq. Bu daşın qiyməti 30-la 35 milyon dollar arasında olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG