Accessibility links

BMT Baş katibi Azərbaycan, Ermənistan və Rusiya liderləri arasındakı üçtərəfli görüşü alqışlayır


Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan

"Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ermənistan Baş naziri, Azərbaycan Prezidenti və Rusiya Federasiyasının Prezidenti arasında noyabrın 26-da keçirilən üçtərəfli görüşü alqışlayır və onların ortaq bəyanatlarını diqqətlə izləyir." Bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq bəyanatında bildirib. Bəyanatda baş katibin Rusiya Federasiyasının əlaqə və dialoqlardakı vasitəçilik rolunu yüksək qiymətləndirdiyi qeyd olunub.

Bundan əlavə bəyanatda bildirilir ki, Ermənistanla Azərbaycan arasında ən yüksək səviyyədə birbaşa danışıqların bərpası və onların 2020-ci il 9 noyabr və 11 yanvar 2021 tarixlərində imzalanan üçtərəfli bəyanatları tam yerinə yetirmək öhdəlikləri "Baş katibi həvəsləndirir".

Baş katib BMT-nin davamlı sülhün yalnız dialoq yolu ilə əldə etməyin mümkün olduğuna dair prinsipial mövqeyini təkrarlayır və tərəfləri qalan məsələləri bütün mümkün formatlar vasitəsilə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında həll etməyə çağırır.

"Birləşmiş Millətlər Təşkilatı bu cür səyləri, o cümlədən humanitar, bərpa və sülhquruculuğu işlərinı dəstəkləməyə hazırdır" - deyə, bəyanatda bildirilir.

Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birgə bəyanatla çıxış edib.

"Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük, Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli Bəyanatın icrasını, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə etdik.

Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiq olduğumuzu bir daha təsdiq etdik.

Biz 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə razılaşdıq.

Biz Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşdirilməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd etdik.

Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq.

Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması, Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardım göstərəcək,” sənəddə qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG