Accessibility links

BMT baş katibi Afrika liderlərinə müraciət edib


BMT baş katibi Ban Ki-Mun bildirib ki, Afrika liderləri Burundidəki zorakılıqların qarşısını almaq üçün daha artıq gözləyə bilməz, zaman keçdikcə orada daha çox insan ölür.

Afrika Birliyi liderlərinin Efiopiyada keçirilən sammitində jurnalistlərə açıqlama verən BMT rəhbəri oradakı vəziyyəti insan ləyaqəti və hüquqları məsələsi adlandırıb.

"Ona görə də, Afrika liderləri təcili olaraq bir səs olaraq addım atmalı və prezident Pierre Njurunzuza və onun hökumətini hərtərəfli danışıqlarda iştiraka dəvət etməlidirlər," deyə cənab Ban bildirib.

Şənbə günü Ban Ki-Mun sammitdə bildirib ki, Burundidə sülhməramlıların yerləşdirilməsi vacibdir. Ancaq Burundi hökuməti bildirib ki, Afrika Birliyi qüvvələrinin hər hansı addımı ölkəyə hərbi müdaxilə kimi qiymətləndiriləcək.

Afrika Birliyi keçən il başlayan siyasi zorakılığın qarşısını almaq üçün 5000 sülhməramlını Burundiyə göndərməyi nəzərdən keçirir. İğtişaşlar prezident Nkurunzizanın 3-cü müddətə prezident seçilmək istəməsindən sonra başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG