Accessibility links

BMT-də ABŞ-ın yeni səfiri vəzifəsinə Heather Nauert təyin edilə bilər


ABŞ Prezidenti Donald Trampın cümə günü Dövlət Departamentinin sözçüsü Heather Nauerti Birləşmiş Ştatların BMT-yə yeni səfiri təyin etməyə hazır olduğu barədə məlumat verilir.

Heather Nauert keçmişdə jurnalist olaraq Fox News və ABC telekanallarında çalışıb.

Nauert uzun zaman Fox News və ABC News telekanallarında işlədikdən sonra Dövlət Departamentinə gəlib.

Nauertin Dövlət Departamentindəki bioqrafiyasında deyilir ki, o qlobal və ölkədaxili böhranlar barədə mövzuları işıqlandırıb və yüksək səviyyəli siyasətçilər və hərbi rəsmilərlə müsahibələr aparıb.

Nominasiya edildiyi və vəzifəni qəbul etdiyi təqdirdə Nauert diplomatik və ya siyasi mövqe müəyyən etməkdə təcrübəsi barədə Senat tərəfindən keçirilən təsdiqləmə dinləmələrində sərt suallarla qarşılaşa bilər.

İstefa verdiyini elan etmiş ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli
İstefa verdiyini elan etmiş ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli

Nauert oktyabrda bu ilin sonu vəzifədən gedəcəyini elan edən Nikki Heylini əvəz edəcək.

ABŞ-ın BMT-dəki səfiri qismində fəaliyyətini başa çatdırmaqda olan Nikki Heyli oktyabrın əvvəlində Ağ Evdə prezident Donald Trampla görüşdə istefa verdiyini deyərək BMT-də ABŞ-ın səfiri olmasını “həyatında ən böyük şərəf” adlandırıb.

Heyli bu ilin sonuna qədər vəzifəsinin icrasını davam etdirəcəyini demişdi.

Prezident Donald Tramp Nikki Heylinin işinə yüksək qiymət verib və ona təşəkkürünü bildirib. O deyib ki, Heyli xüsusilə də İran və Şimali Koreya ilə bağlı məsələlərlə ələqədar bir sıra problemlərin həllində iştirak edib.

XS
SM
MD
LG