Accessibility links

BMT-nin girovların saxlandığı Cəmlə kəndinə girən maşın karvanı geri çəkilməyə məcbur olub


BMT-nin Suriyanın rəqib döyüşçüləri tərəfindən ələ keçirilən 21 sülhməramlısının azad edilməsi məqsədi ilə regiona səfər edən BMT qüvvələri güclü döyüşlərlə qarşılaşıb. Girovların saxlandığı Cəmlə kəndinə girən maşın karvanı geri çəkilməyə vadar edilib.

Bu gün BMT-nin Təhlükəslik Şurasının brifinqində sülməramlı missiyanın rəhbəri Herve Ladsous bölgənin bombardman edildiyini təsdiq edib. O, əsgərlərin təhlükəsiz şəkildə azad edilməsi üçün aparılan müzakirələr üçün bir neçə saatlıq atəşkəs əldə ediləcəyinə ümid bəslədiyini deyib.

Filippinli sülhməramlılar Qolan Təpələrindəki patrul qüvvələrin tərkibində idi.

Filippin Suriya və İsrail arasındakı mübahisəli Qolan təpələri bölgəsində Suriya üsyançıları tərəfindən BMT-nin 21 sülhməramlısının ələ keçirilməsini kəskin tənqid edib.
XS
SM
MD
LG