Accessibility links

BMT-nin iclasında İsrailin məsuliyyətə cəlb edilməsi çağırışları üstünlük təşkil edib


BMT-nin İnsan Haqları Şurasının Fələstin ərazisində insan haqlarının vəziyyətinə həsr edilmiş xüsusi iclasında İsrailin məsuliyyətə cəlb edilməsi çağırışları üstünlük təşkil edib. Çağırışları dəstəkləyən 60-dan çox üzv və müşahidəçi dövlətlər arasında nə Avropa, nə də Şimali Amerika ölkəsi olub.

BMT İnsan Haqları Şurasının Ali Komissarı Mişel Başele xüsusi iclasın çağırılmasına səbəb olan hadisələri dəhşətli adlandırıb. O, İsrailin endirdiyi hava zərbələr nəticəsində 63-ü uşaq olmaqla, 242 fələstinlinin Qəzzada, 5-i uşaq olmaqla, 28 fələstinlinin Şərqi Qüdsdə öldürüldüyünü qeyd edib.

Başele eyni zamanda Həmas və Fələstinin digər silahlı qruplaşmalarının Qəzzadan atdığı raket hücumları nəticəsində ikisi uşaq olmaqla, 12 İsrail vətəndaşının öldürüldüyünü, güclü raket hücumlarının İsrail və fələstinlilər arasında 11 günlük qarşıdurmaya səbəb olduğunu bildirib.

Mişel Başele
Mişel Başele

Ali Komisar çox sayda yaralananlara və Qəzza infrastrukturuna böyük ziyana görə təəssüf hissi keçirdiyini və mayın 21-i əldə edilən atəşkəsi məmnuniyyətlə qarşıladığını deyib. Lakin o, bu zorakılığın əsas səbəbləri aradan qaldırılmadığı təqdirdə, gələcəkdə də bu cür ölümcül halların baş verəcəyi barədə xəbərdarlıq edib.

“Bu səbəblərin kökündən aradan qaldırılması və işğala sona qoyulması üçün həqiqi və əhatəli bir sülh prosesi olmalıdır. Bu arada, Həması və bütün silahlı qruplaşmaları raket və minaatanlardan istifadə etməməyə çağırıram. Və bir daha İsraili beynəlxalq humanitar və insan haqları qanunlarına uyğun olaraq üzərindəki öhdəliklərini yerinə yetirməyə çağırıram" - deyə, Başele bildirib.

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Meyra Eylon Şahar iclasda bir çox ölkəni beynəlxalq qanunlara və demokratiyaya riayət edən İsrailin "extremist terror təşkilatı" Həmasla mənəvi baxımdan bərabər tutulmasına görə tənqid edib.

ABŞ Dövlət katibi Antoni Blinken İsrail və Həmas arasında keçən həftənin sonunda qüvvəyə minən atəşkəsi möhkəmləndirmək səyləri çərçivəsində Qüdsdə İsrail liderləri və Ramallahda isə Fələstin liderləri ilə görüşüb.

Dövlət katibi Blinken İsrail və Həmas arasında qarşıdurmaya son qoyan atəşkəsdən sonra Konqresdən Qəzzadakı fələstinlilər üçün 75 milyon dollar yardım istəyəcəyini deyib.

ABŞ-ın yüksək səviyyəli diplomatı həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilində fələstinlilər üçün iqtisadi imkanların genişləndirilməsinə kömək edəcəyinə söz verərək, bunun fələstinlilərə və israillilərə fayda gətirəcək daha sabit bir mühitlə təmin edəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG