Accessibility links

Təhlükəsizlik Şurasında Şimali Koreyanın ballistik raket sınağına dair müzakirələr keçiriləcək

BMT-nin Təhlükəsizlik Şurası bu gün Şimali Koreyanın ballistik raket sınağına dair növbədənkənar sessiya çağırıb.

Qurumun baş katibi Antonio Quterres deyib ki, sınaq BMT qətnamələrinin kobud şəkildə pozulmasıdır.

Quterres Pxenyanın beynəlxalq öhdəliklərə əməl etməyə və nüvəsizləş yolunda irəliləməyə çağırıb.

Cənubi Koreya və ABŞ hərbçiləri Şimali Koreya sahillərindən buraxılmış ballistik raketi ilə bağlı nəticələri öyrənirlər. Raket 500 km-ə yaxın uçub.

Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, raket şimal-qərb Kusonq şəhəri yaxınlığında qeydə alınıb və bunun Şimali Amerikaya heç bir təhlükəsi yoxdur.

Ekspertlər raketin ABŞ deyil, yalnız Yaponiyanı hədəf almaq qabiliyyətinə malik olduğunu bildirir.

Raket sınağı Rusiya və Çinin də narahatlığına yol açıb.

Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreyanın ballistik raket sınağını qəbuledilməz adlandırıb.

ABŞ-ın Florida ştatında prezident Donald Trumpla birgə olan Yaponiyanın baş naziri Şinzo Abe deyib ki, raket buraxılması BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir.

ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyaları zamanı deyib ki, Şimali Koreya ABŞ-a çata biləcək nüvə silahı istehsal edə bilməyəcək.

XS
SM
MD
LG