Accessibility links

BMT: Myanma generalları soyqırım ittihamı ilə üzləşməlidir [Video]


BMT: Myanma generalları soyqırım ittihamı ilə üzləşməlidir
please wait

No media source currently available

0:00 0:03:05 0:00

BMT: Myanma generalları soyqırım ittihamı ilə üzləşməlidir

Birləşmiş Millətlər Təşkilatının fakt-araşdırıcı missiyası Myanmanın yüksək rütbəli hərbçiləri və bir sıra komandirlərinin Rohinca müsəlman azlıqlarına qarşı qəddar zorakılıqlarda iddia olunan rolu ilə əlaqədar soyqırım cinayətlərinə görə təhtiqata cəlb olunub mühakimə edilməsini tövsiyə edib.

Keçən ilin avqustunda hərbi qüvvələr tərəfindən qəddar zorakılıqlardan sonra həftələr və aylar ərzində 700 mindən çox Rohinca müsəlmanı Myanmanın Rakxayn ştatından qaçıb.

Ac və travmalı rohincalılar qonşu Banqladeşə gəlib, orada yaşadıqları vəhşiliklər haqda danışıblar.

BMT fak-araşdırıcı missiyasının üzvü Radhika Komarasvami bildirib ki, təcavüz və zorakılıq hallarının miqyası, qəddarlığı və sistematik xarakter daşıması bunun bilərəkdən mülki əhalini qorxutmaq, terrorizə etmək və cəzalandırılmaq strateqiyanın bir hissəsi olduğunu göstərir. Onların aşkar etdiyinə görə bunlardan, cinsi təcavüz, cinsi köləlik, məcburən soyundurulma və şikəstlik də daxil olmaqla müharibə taktikası kimi istifadə edilib.

BMT-nin heyəti Myanma ordusunun Rohinca militantlarının onlarla təhlükəsizlik işçisinin ölməsi ilə hücumlarına cavabının "cəld, qəddar və uyğunlaşdırılmamış" olduğu və əvvəlcədən planlaşdırıldığı haqda nəticə çıxarıb. Onlar bunun həm də ən qəddar müharibə cinayətləri olduğunu söyləyib.

BMT fak-araşdırıcı missiyasının digər üzvü Kristofer Sidoti deyir ki, cinayətlər əsasən Tatmandu hərbçiləri tərəfindən törədilib. Missiya cinayət istintaqı və mühakimənin tamamilə əsaslandırılmış olduğu haqda nəticə çıxararaq, diqqəti beynəlxalq hüquqa görə soyqırım, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi üç katerqoriya ilə əlaqədar yüksək səviyyəli Tatmandu generallarına yönəldib.

Heyət siyahıda Myanmanın Ali Baş Komandanı Min Aunq Hlayn daxil olmaqla, altı generalın adını göstərib.

Myanma rəsmiləri bu kimi cinayətlətin törədildiyni inkar edirlər. Myanmanın BMT-dəki səfiri Hau Do Suan bu vəziyyətlə bağlı hesabatdan əvvəl Amerikanın Səsinə müsahibə verib. O bildirir ki, onlar əvvəl də deyiblər, bu, etnik təmizləmə deyil, bu, soyqırım deyil. Bu cür ittihamlar və soyqırırm damğası üçün konkret dəlillər olmalıdır. Həmçinin qanuni sübut olmalıdır. Bu, çox həssas bir məsələdir. Onlar təhlükəsizlik qüvvələrinin hərəkətinin bu cür adlandırılmasını tamamilə rədd edirlər.

Fakt-araşdırıcı missiya BMT-nin Təhlükəsizlik Şurasını məsələni Haaqada Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etməyə çağırır. Missiya həmçinin Myanmada cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı beynəlxalq sanksiyalara və silah embarqosuna çağırır.

Heyət BMT-ni insan haqları ilə bağlı narahatlıqları həll etməməsi və "onilliklər ərzində baş verən fəlakətin" qarşısını almadığı üçün tənqid edib.

Bununla yanaşı, Aunq San Suu Çi faktiki olaraq hökumət başçısı və Nobel laureatı, eləcə də demokratik fəal kimi Rakxayn ştatında baş verən hadisələrin qarşısını almaq üçün öz mövqeyindən istifadə etmədiyinə görə tənqid edilib.

XS
SM
MD
LG