Accessibility links

BMT-nin ən böyük yardım missiyası Suriyanın ucqar Rukban vilayətinə çatıb


BMT-nin ən böyük yardım missiyası Suriyanın ucqar Rukban vilayətinə çatıb. Humanitar yardım konvoyu münaqişə başlayandan bəri İordaniya ilə sərhəd səhra bölgəsində evindən didərgin düşmüş minlərlə insan yaşadığı bölgəyə ilk yardımı daşıyıb.

BMT 100 yük maşınının ərzaq, sanitariya və gigiyena məhsulları, habelə tibbi yardım avadanlığının daşıdığını bildirib.

Suriyanın Ərəb Qırmızı Xaç Cəmiyyəti də 10 min uşağın infeksion xəstəliklərindən müdafiəsi üçün vaksinasiya kampaniyası ilə yardım konvoyuna qatılıb.

ABŞ-ın Tanf hərbi bazasının yerləşdiyi Rukban 40-la 50 min insana sığınacaq olub.

Son 3 il ərzində İŞİD-in nəzarətində ölan bıgələrdən insanlar oradakı düşərgələrə qaçıb. Belə ki, həmin bölgələr Rusiya və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumlarına məruz qalır.

Rukban ABŞ qüvvələrinin təsis etdiyi qeyri-münaqişə zonasında yerləşdiyi üçün insanlar evlərinə qayıtmaq istəmir.

BMT və İordaniya bölgədə durumun ağır olduğu barədə xəbərdarlıq edərək, düşərgə sakinlərini könüllü şəkildə oranı tərk etməyə təşviq edir.

Ərzaq və dərman qıtlığı onlarla insanın ölümünə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG