Accessibility links

BMT-nin baş katibi beynəlxalq əməkdaşlığa çağırır


Antonio Quterreş

BMT-nin baş katibi Antonio Quterreş Yeni İl ismarıcında bəşəriyyətin üzləşdiyi bir çox təhlükə və ixtilafları həll etmək üçün beynəlxalq əməkdaşlığa çağırıb.

Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının baş katibi olaraq dünyanın yükünü çiynində daşıyır. Eyni zamanda o, ölkələri dünyanın bir çox probleminə həll yollarının olduğuna inandırmalıdır.

Bir yandan Quterreş bütün dünyaya xoşbəxt, dinc və firavan Yeni İl arzulayıb. Digər yandan isə qlobal sabitlik və təhlükəsizliyə hədə olan bir çox böhranlarla bağlı xəbərdarlıq edib.

Bu böhranlardan ən əsaslarından biri iqlim dəyişikliyidir. Quterreş deyir ki, iqlim çox sürətlə dəyişir və onun qarşısını almaq çətindir. Lakin o, çarəsiz olduqlarını qəbul etmir. Bunun əvəzinə o, bu təhlükənin qarşısını almaq üçün daha görüləcək işlərin olduğunu söyləyir.

Quterreş xəbərdarlıq edir ki, geo-siyasi bölgülər dərinləşir və bu münaqişələrin həllini çətinləşir. O deyir ki, bərabərsizlik artır və dünya sərvətinin böyük hissəsinə çox az sayda insan sahibdir. Onun sözlərinə görə, dözümsüzlük də artmaqdadır.

Bu kədərli mənzərəyə baxmayaraq, o, ümid bəsləmək üçün səbəblərin olduğunu bildirir. BMT sədrinin fikrincə Yəmən və Cənubi Sudanda sülhün bərqərar olunmaq şansları yüksəkdir. Onun sözlərinə görə, bu yaxınlarda Efiopiya ilə Eritreya arasında imzalanan razılıq iki ölkə arasında gərginliyi azaldır.

O deyir ki, iki əlavə irəliləyiş beynəlxalq əməkdaşlığın nəticə verdiyini və dünyanın qalib gəldiyini göstərir.

XS
SM
MD
LG