Accessibility links

BMT-nin baş katibi Əfqanıstanın xarici işlər naziri ilə Nyu-Yorkda görüşüb


Cənab Ban təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, 4 milyondan çox insanın seçkilərdə iştirakını yüksək qiymətləndirib

BMT-nin baş katibi Ban Ki-mun Əfqanıstanda siyasi və iqtisadi sabitliyi yaratmağa kömək etmək üçün təşkilatın üzərinə götürdüyü öhdəliyi vurğulayıb. Cənab Ban dünən Əfqanıstanın xarici işlər naziri Zalmay Rasul ilə BMT-nin Nyu-Yorkda Baş Assambleyaasının sessiyası çərçivəsində görüşüb. Danışıqlar Əfqanıstanda ötən şənbə günü keçirilən parlament seçkiləri üzərində mərkəzləşib. Əfqanıstanın Seçki Şikayətləri Komissiyası səsverməyə dair təxminən 3000 rəsmi şikayət qəbul etdiyini bildirib. Buraya seçki qutularının bulletenlərlə doldurulması və bulleten çatışmazlığından tutmuş səslərin saxtalaşdırılması və hədə-qorxu kimi hallar daxildir. Cənab Ban təhlükəsizliklə bağlə narahatlıqlara baxmayaraq, 4 milyondan çox insanın seçkilərdə iştirakını yüksək qiymətləndirib. O, eyni zamanda Zalmay Rasul ilə Əfqanıstanın beynəlxalq təşkilatlarla uzunmüddətli əməkdaşlıq məsələsini müzakirə edib.

XS
SM
MD
LG