Accessibility links

BMT-nin nüvə agentliyinin rəhbəri İranı suallardan yayınmaqda günahlandırır


İyunun 7-də BMT-nin nüvə agentliyinin rəhbəri İranı ölkədəki elan olunmamış nüvə obyektlərində uran hissəciklərinin aşkarlanması ilə bağlı suallardan yayınmaqda günahlandırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi illərdir İranın nüvə proqramı ilə əlaqəsi ehtimal olunan üç obyektdə tapılan uran hissəcikləri barədə İranın cavab verməsinə çalışır.

Qrossi Vyanada "Bu prosseslə bağlı gözləntilərim təbii ki, doğrulmadı" - deyə, bildirib.

"Bu dəqiqləşdirmə o vaxt dediyim kimi "fokuslanma proses"-in bütün bu məsələlərin aydınlaşdırılması istiqamətində irəliləməyimizə imkan verəcəyi açıqdır" deyən Qrossi bildirib ki, "Bu baş vermədi".

O həmçinin bildirib ki, Tehran "işə başlamaq və əməkdaşlıq etmək, suallara cavablar vermək iradəsini təkrarlayıb. Ancaq indiyə qədər bunu etməyiblər. Buna görə ümid edirəm ki, bu, dəyişə bilər, hazırda danışıqlarımız zamanı heç bir məsələdə konkret irəliləyiş əldə etməmişik".

Qrossi bildirib ki, "İranın təhlükəsizlik bəyanatlarının düzgünlüyü və tamlığı ilə bağlı sualların aydınlaşdırılmasında irəliləyişin olmamasından dolayı, agentlikiyin İranın nüvə proqramının dinc xarakter daşımasının təmin edilməsinə ciddi təsir göstərir" - deyə, Qrossi bildirib.

Hələ ki, İran höküməti tərəfindən məsələ ilə bağlı heç bir şərh verilməyib.

Təftiş məsələsi ABŞ-ın İranın nüvə proqramını məhdudlaşdırmaq üçün 2015-ci il beynəlxalq nüvə sazişinə yenidən qoşulması barədə aparılan danışıqlardan ayrıdır. İran nüvə proqramını dinc məqsədlər üçün davam etdirdiyini bildirir.

Şərhlərə bax

XS
SM
MD
LG