Accessibility links

BMT-nin qaçqınlar üzrə agentliyi Hindistanı Assam sakinlərini vətəndaşlıqdan məhrum etməməyə çağırır


Assam, Hindistan
Assam, Hindistan

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Hindistan rəsmilərini ölkənin şimal-şərqində yerləşən Assam ştatında heç bir kəsin vətəndaşlığı olmayan şəxs kimi qalmaması üçün tədbirlər görməyə çağırır. Bu yaxınlarda təxminən 2 milyon insan Assam vətəndaşlığından çıxarılıb və onlar risk altındadır.

BMT-nin qaçqınlar agentliyi (UNHCR) Hindistanın kimin Hindistan vətəndaşı olub-olmadığına dair qərar verməklə bağlı suveren haqqını və səlahiyyətini sual etmir. Lakin agentlik insanların vətəndaşlıqlarının ləğv olunmasının və onların vətəndaşlığı olmamasının böyük narahatlıq doğurduğunu bildirir.

Agentliyin sözçüsü Babar Baloç Amerikanın Səsinə bildirib ki, bunun baş verməsinin qarşısını almaq üçün bütün tədbirlər görülməldiir.

"Bizim Hindistandan tələbimiz odur ki, UNCHR-ın mandatına müvaiq qaydada hüquqi yardım və məlumata adekvat çıxış təmin olunsun və beynəlxalq standartlara riayət olunsun ki, insanlar vətəndaşlığı olmadan qalmasın", o deyib.

İnsanlara regional kvazi-rəsmi qurumlara vətəndaş olduqlarını sübut etmələri üçün 120 gün vaxt verilib. Qeyi-qanuni immiqrant hesab olunanlar yüksək instansiyalı məhkəmələrə apellyasiya şikayəti verə bilər.

Baloç deyib ki, bu prosesin hansı nəticələr verəcəyini bilmək hələ tezdir, lakin o, düzgün məlumata və sənədlərə çıxışları və apellyasiya prosesinə başlamaq üçün kifayət qədər maddi imkanları olmayan insanların vətəndaşlığı olmadan qalacaqlarından narahatdır.

UNHCR xəbərdarlıq edir ki, Assam ştatında 2 milyona yaxın insanın vətəndaşlığı olmamaı problemini aradan qaldırılması üçün aparılan qlobal səylərə böyük zərbə vura bilər.

Agentlik dünya boyu 10 milyon insanın vətəndaşlığı olmadığını təxmin edir. Bu insanlar vətəndaşlara verilən hüquqlardan faydalanmır. Onların təhsil almaq, işləmək, səhiyyə xidmətlərindən istifadə etmək, doğum və ya nikahı qeydiyyatdan keçirmək hüquqları yoxdur.

UNHCR Hindistan rəsmilərini şəxsiyyəti təsdiq olunmayan heç kəsi həbs və ya deportasiya etməməyə çağırıb. Hindistan isə öz qərarının arxasında dayanır. Xəbərlərdə hökümətin bunu Banqladeşdən gələn sənədsiz immiqranları müəyyən edib deportasiya məqsədilə etdiyi deyilir. Bəzi tənqidçilər deyir ki, bu addım əksəriyyəti Banqladeşdən gələn milyonlarla müsəlman azlığın deportasiya edilməsi məqsədi daşıyır.

Banqladeş höküməti Assamdan deportasiya olunan heç kəsi qəbul etməyəcəyini bildirib.

Hazırda Banqladeşdə Myanma hökümətinin vətəndaşlıqdan məhrum etdiyi bir milyondan çox Rohinca qaçqını yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG