Accessibility links

BMT mütəxəssisləri nüvə proqramını araşdırmaq üçün İrana göndərilə bilər


BMT mütəxəssisləri nüvə proqramını araşdırmaq üçün İrana göndərilə bilər
BMT mütəxəssisləri nüvə proqramını araşdırmaq üçün İrana göndərilə bilər

BMT-nin nüvə nəzarətçi qrupunun rəhbəri yüksək rütbəli mütəxəssisləri nüvə proqramını araşdırmaq üçün İrana göndərmək istəyir. Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) sədri Yukiya Amano bu gün deyib ki, O, bu ayın əvvəli yazılı şəkildə İranın nüvə üzrə yüksək rəsmisinə xahiş məktubu ünvanlayıb və tezliklə araşdırma tarixinə dair razılıq əldə olunacağına ümid ifadə edib. Amano bu gün BAEA-nın 35 ölkədən olan nümayəndələrinin iştirak etdikləri iki günlük görüşün açılışında çıxış edib. Agentlik Tehranın nüvə silahı istehsal etməsi barədə etibarlı dəlillərin əldə edilməsindən sonra ilk dəfədir ki, görüş keçirir.

XS
SM
MD
LG