Accessibility links

BMT rəsmisi Şimali Koreya səfərinə başlayıb


Birləşmiş Millətlər Təşkilatının rəsmisi Şimali Koreyaya üç günlük rəsmi səfərinə başlayıb. Səfər Pxenyanın nüvə və ballistik raket sınaqlarını intensivləşdirdiyi bir zaman həyata keçirilir.

BMT-nin sözçüsü deyib ki, baş katibin siyasi işlər üzrə müavini Cefri Feltman son altı ildə Şimali Koreyaya səfər edən ilk BMT rəsmisidir.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik: “Cənab Feltman Şimali Koreya rəsmiləri ilə görüşdə ortaq maraqları və narahatlıqları müzakirə edəcək. O həmçinin BMT-nin yerli heyəti və diplomatik korpus nümayəndələri ilə görüşlər keçirəcək.”

Cənubi Koreya ümid edir ki, Feltmanın səfəri Şimali Koreyanın nüvəsizləşdirilməsi səylərinə yardım edəcək.

Keçən həftə Şimali Koreya yeni qitələrarası ballistik raketin sınağını keçirib. Pxenyan iddia edir ki, həmin raket Birləşmiş Ştatların ərazisini hədəf almaq qabiliyyətinə malikdir.

XS
SM
MD
LG