Accessibility links

BMT: Rohincaların Myanmaya təhlükəsiz dönüşü üçün şərait yetişməyib


Birləşmiş Millətlər Təşkilatının qaçqınlar agentliyi deyir ki, zorakılıqdan və təqiblərdən qaçan yüz minlərlə Rohinca qaçqınının Banqladeşdən Myanmaya təhlükəsiz dönüşü üçün lazım olan vəziyyət hələ yetişməyib.

Təşkilatın hesabatına əsasən avqust ayından etibarən təxminən 645,000 Rohinca qaçqını öz evlərini tərk edərək Banqladeşin Koks Bazar şəhərində məskunlaşıb. Hesabatda deyilir ki, yeni gələnlərin sayı azalsa da, bu, Myanmanın şimalında yerləşən Rakhayn vilayətindəki vəziyyətin yaxşılaşdığının göstəricisi deyil.

İki həftə öncə Myanma və Banqladeş Rohinca qaçqınlarının könüllü geri qayıdışı haqqında razılaşma imzalayıblar. Razılaşmada iştirak etməyən BMT-nin qaçqınlar agentliyi deyir ki, onlar Rohincaların azad, təhlükəsiz, könüllü və ləyaqətli geri dönmələrini təşkil etməyə hazırdırlar.

Lakin təşkilatın sözçüsü Adrian Edvards deyir ki, qaçqınların geri dönüşü haqqında danışmaq hələ tezdir, belə ki, vəziyyət hələ buna imkan vermir. Edvards əlavə edib ki, sülh və sabitlik bərqərar olmalı, humanitar təşkilatların əraziyə daxil olmasına şərait yaradılmalı və insanların köçməsinə səbəb olan problemin kökü müəyyən edilməlidir.

XS
SM
MD
LG