Accessibility links

BMT Suriya siyasi sülh prosesini canlandıracağına ümid edir


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura

İdlibdə hərbi hücumların intensivləşdirildiyi bir vaxt BMT Suriya münaqişəsini yenidən siyasi danışıqlar masasına çıxarmaq üçün səy göstərir. Rusiya, Türkiyə və İranın yüksək səviyyəli nümayəndələri Suriyanın yeni konstitusiyasının hazırlanması məsələni müzakirə etmək üçün bazar ertəsi günü Cenevrədə görüş keçiricəklər.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura danışıqların Suriyaya dair siyasi prosesin yenilənməsi üçün bir başlanğıc olduğunu hesab edir. Müzakirələrin əsas məqsədi münaqişədən sonra ölkənin daha demokratik cəmiyyətə çevrilməsi üçün keçid prosesində yardım göstərilməsindən ibarətdir.

Biz hələ də inanırıq ki, siyasi proses heç nəyin girovu olmamalıır, yoxsa, onu saxlamaq üçün həmişə kim tərəfindənsə bir səbəb, ya da bəhanə gətiriləcək.
Steffan de Mistura

Steffan de Mistura bildirib ki, iki gün sürəcək görüşdə Suriyanın başçılıq etdiyi konstitusiya komitəsinin yaradılması məsələsi gündəmdə olacaq. Komitə qarşısında əsas vəzifə Suriyada yeni seçkilərin keçirilməsinə yol açacaq yeni konstitusiyanı hazırlamaq olacaq.

İdlib vilayətinin Cisr Əl-Şuğur bölgəsində hüva hücumlarından sonra insanlar təmizləmə işləri aparır, 4 sentyabr, 2018.
İdlib vilayətinin Cisr Əl-Şuğur bölgəsində hüva hücumlarından sonra insanlar təmizləmə işləri aparır, 4 sentyabr, 2018.

“Biz indi real siyasətdə bir sıra şəraitlərlə əlaqədar olaraq elə bir məqama gəlib çatmışıq ki, konsititusiya komitəsi etibarlı olduğu müddətdə bu, bizim etibarlı siyasi proses adlandırdığımız mühüm mərhələyə daxil olmağımız üçün başlanğıc ola bilər və olmalıdır”-deyə, o bildirib.

Bu isə ən mühüm məsələlərdən biridir. Bu ilin əvvəli Suriya müxafəti komitədə istədiyi 50 nəfərin adının olduğu siyahı təqdim edib. Bu say Suriya rejimi tərəfindən təklif edilmiş rəqəmə bərabərdir. Hökumət komitədə yerlərin 60 faizinə malik olmaqda təkid edir.

Suriyanın Ağ Dəbilqəlilər kimi tanınan Mülki Müdafiə qrupunun üzvü İdlib vilayətinin Əl-Tamana şəhərində hökumət qüvvələrinin hərbi hava hücumları nəticəsində dağılmış mərkəzlərinin dağıntıları arasında axtarış aparır, 6 sentyabr, 2018.
Suriyanın Ağ Dəbilqəlilər kimi tanınan Mülki Müdafiə qrupunun üzvü İdlib vilayətinin Əl-Tamana şəhərində hökumət qüvvələrinin hərbi hava hücumları nəticəsində dağılmış mərkəzlərinin dağıntıları arasında axtarış aparır, 6 sentyabr, 2018.

Steffan de Mistura bildirib ki, o, komitəinin bu ay dünya liderlərinin Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasına toplaşmasından öncə yaradılmasını istəyir. BMT nümayəndəsi hazırda mövcud gərginliklərin və Rusiya hökuməti ilə onun müttəfiqi olan Rusiyanın İdlibdə hücumları intnsivləşdirdiyi bir vaxt real vəziyyətin rəhbərlik etdiyi siyasi prosesində ləngiməyə səbəb ola biləcəyini etiraf edib.

“Biz hələ də inanırıq ki, siyasi proses heç nəyin girovu olmamalıır, yoxsa, onu saxlamaq üçün həmişə kim tərəfindənsə bir səbəb, ya da bəhanə gətiriləcək”-deyə, o bildirib.

BMT üsyançıların son istinadgahı olan İdlibdə hücumların intensivləşdirildiyi vaxt xəbərdarlıq edir ki, genişmiqyaslı hücum 1 milyon uşaq daxil olmaqla, bölgədə yaşayan təxminən 3 milyon insanın həyatını risk qarşısında qoyur.

BMT bildirib ki, Suriya hökuməti və onun müttəfiqləri olan Rusiya və İran İdlibdə təxminən 10 min terrorçunu məğlub etmək əzmi ilə orada yaşayan milyonlarla insanın ölümünə gətirib çıxara biləcək mümkün qətliam arasında götür-qoy etməlidir.

XS
SM
MD
LG