Accessibility links

Suriya və İraqda hələ də minlərlə İŞİD döyüşçüsünün olduğu bildirilir


BMT-nin ekspert qrupunun verdiyi məlumata görə, Sünni İslam Dövləti qrupunun üsyançılarının məğlub edildiyi elan edildikdən sonra Suriya və İraqda hələ də təxminən 20-30 min döyüşçü var. Qrup üzvləri buraya minlərlə xarici terrorçu döyüşçünün daxil olduğunu bildiriblər.

Hesabatda həmçinin deyilir ki, İŞİD-in yaranmasında rolu olan Əl-Qaidə Somali, Yəmən, Cənubi Asiya və Afrikanın Sahel regionu kimi bəzi bölgələrdə mövcudluğunu saxlamağa davam edir. Eyni zamanda qeyd edilir ki, Əl-Qaidə rəhbərliyi öz hakimiyyətini əvvəlkindən daha effektiv şəkildə nümayiş etdirən Ayman Əl-Zəvahiri kimi liderlə İranda daha böyük əhəmiyyətə malik olub.

Avstraliyanın Deakin Universitetində qlobal İslam siyasəti üzrə professor Qreq Barton Amerikanın Səsinə bildirib ki, İraq hökumətinin İŞİD üzərində qələbəsini elan etməsin və ABŞ-ın dəstəyi ilə hərbi qüvvələrin İŞİD-in Suriyadakı defakto paytaxtı olan Rəqqa şəhərini ələ keçirməsindən təqribən bir il sonra hesabatda grupun gücünün qiymətləndirilməsi məntiqi görünür.

Ekspertlər Əl-Qaidənin Yəməni hücumların keçirilməsi və regional əməliyyatlar üçün mərkəz kimi qiymətləndirdiyini bildiriblər. Onlar həmçinin Əl-Şababın Somalidəki qabiliyyətlərini artırdığı dövrdə İslam Dövləti qrupunun Şimali Afrika boyu əhəmiyyətli hücumların başlaması üçün potensialını hələ də saxladığını söyləyiblər.

Hesabatda bildirilir ki, Avropada terror təhlükəsi hələ də yüksək olaraq qalır. İslam Dövləti qrupunun Mərkəzi və Cənubi Asiya üçün birbaşa təhlükə yaratdığı, Əl-Qaidənin isə "intellektual cəhətdən daha güclü" və uzunmüddətli bir təhlükə olduğu qeyd edilir. Hesabatda nağd pulla zəngin olan İslam Dövləti qrupunun Filippin və İndoneziyada üzvlərinin sayının artırmaqda olduğu bildirilir.

XS
SM
MD
LG