Bu gün BMT Təhlükəsizlik Şurası Suriyada humanitar böhrana dair qətnaməni yekdilliklə qəbul edib. Qətnamə tərəflərdən humanitar yardıma ehtiyacı olan milyonlarla insana yardım çatdırılmasına dərhal şərait yaratmağı tələb edir.
15 üzvlük şura bu gün ilk dəfə olaraq Suriya barədə yekdil qərara gələ bilib. Suriyada üç ildir davam edən münaqişə dövründə hər zaman hökumətin mövqeyini müdafiə edən Rusiya və Çin də qətnamənin lehinə səs verib.
Bugünkü qətnamə hər hansı sanksiyanı nəzərdə tutmur. Müzakirələr zamanı Qərb və Ərəb dövlətləri sanksiyalar tətbiq edilməsini istəsə də, Rusiya təkidlə bunun əleyhinə olduğunu bildirib.
Qətnamə humanitar yardıma şərait yaradılması ilə bərabər həm də tərəfləri dərhal mülki vətəndaşlara qarşı hücumlara son qoymağa çağırır.