Accessibility links

BMT Təhlükəsizlik Şurasına üzv ölkələr Suriya hökumətini zorakılıqlara son qoymağa çağırır


BMT Təhlükəsizlik Şurasına üzv ölkələr Suriya hökumətini zorakılıqlara son qoymağa çağırır
BMT Təhlükəsizlik Şurasına üzv ölkələr Suriya hökumətini zorakılıqlara son qoymağa çağırır

BMT Təhlükəsizlik Şurasına üzv ölkələr Suriyada hökumət əleyhinə etiraz aksiyalarına qarşı zorakılıqlara son qoyulması ilə bağlı birgə bəyanat qəbul etmək üçün bu gün bir araya gəlirlər. Çərşənbə axşamı BMT baş katibi Ban Gi Mun ölkədə baş verən zorakılıqlarla bağlı müstəqil təhqiqatlar aparılmasına çağırıb.

Bu arada, BMT insan haqları təşkilatı Human Rights çümə günü prezident Əsəd əl-Bəşirin mülki vətəndaşlara qarşı hücumlara son qoyması üçün təzyiq göstərəcək xüsusi yığıncaq keçirəcəyini bildirib. Hərbçilərin zorakılıqların baş alıb getdiyi Dəra şəhərində mövqelərini möhkəmləndirdiyi bir vaxt, bu gün Dəməşq yaxınlığındakı Doma və sahilyanı Banyas şəhərlərinə çox sayda əsgərin yerləşdirildiyi bildirilir.

Keçən ay Suriyada hökumətə qarşı etirazların baş qaldırdığından bəri 400 nəfərdən çox insanın öldürüldüyü, yüzlərlə insanın həbs edildiyi deyilir.

XS
SM
MD
LG