Accessibility links

BMT və Avropa İttifaqı suriyalılar üçün 2 milyard dollar yardım toplayıb


BMT və Avropa İttifaqı suriyalılar üçün 2 milyard dollar yardım alıb
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Birləşmiş Millətlər Təşkilatı Suriyada səkkiz ildir davam edən vətəndaş müharibəsinin təsirlərinə məruz qalan mülki vətəndaşlara yardım etmək üçün 7 milyard dollara yaxın ianə toplayıb. Əlavə yardımın toplandığına dair məlumat cümə axşamı Brüsseldə açıqlanıb. BMT rəsmiləri deyib ki, bu pul Suriya boyu milyonlarla insanın həyatını qurtarmağa və mülki vətəndaşları müdafiə etməyə yardım edəcək. Rəsmilər humanitar yardıma pulsuz çıxışa və hər iki tərəfi münaqişəyə siyasi həll yolu tapmağa çağırıb.

Sülhə nail olmaq BMT-nin başçılığı ilə siyasi, Suriya-nın qəbul etdiyi proses olmalıdır. Biz bu prosesi dəstəkləmək üçün burdayıq.
Federika Mogerini

Suriyanın şimalında döyüşlər hələ davam edir. Orada İslam Dövləti qrupu hələ də bəzi ərazilərə nəzarət edir. Televiziyada insanların cümə axşamı döyüşlərin səngidiyi vaxt uşaqlarını və sahib olduqları əşyaları qayalıq ərazi boyu daşıdığını göstərən video görüntülər yayımlayıb.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri bildirir ki, çox sayda militant və ailələri təslim olub, lakin İslam Dövləti qrupu Fərat çayının şərq sahilində müqavimət göstərməyə davam edir.

“Bu dağın arxasında Suriya Demokratik Qüvvələrinin nəzarətində təhlükəsiz ərazi var. Digər tərəfdə isə döyüşlər gedir. Bizim döyüşçülərimiz mülki vətəndaşların olduğu yerlərdə atəş açmır, çünki bu, onların həyatlarını riskə ata bilər” - deyə, Suriya Demokratik Qüvvələrin komandiri Adnan Afrin bildirib.

Cümə axşamı Brüsseldə 50-dən çox ölkənin xarici işlər nazirləri Suriyada müharibəyə məruz qalan insanlara kömək məqsədi ilə əlavə 6.97 milyard dollarlıq yardım vəd edib. Ölkədə təxminən 12 milyon insan var, 6 milyon insan isə qonşu ölkələrə sığınıb.

Suriya Demokratik Qüvvələrinin əsgərləri
Suriya Demokratik Qüvvələrinin əsgərləri

“Biz nəticədən çox razıyıq. BMT-nin adından əliaçıqlığınıza görə sizə təşəkkür edirik. Sizin dəstəyiniz sayəsində Suriya və regionda milyonlarla həyat xilas ediləcək, mülki vətəndaşlar müdafiə olunacaq”, BMT-nin baş katibinin humanitar və fövqəladə yardım məsələləri üzrə müavini Mark Loukok deyib.

Dünyanın ən böyük donoru Avropa İttifaqı bu il 2.3 milyard dollar yardım vəd edib. Buna Ankara ilə əldə olunan razılığa əsasən Türkiyədəki suriyalı qaçqınlar üçün ayırılan pul da daxildir.

Biz nəticədən çox razıyıq. BMT -nin adından əliaçıqlığınıza görə sizə təşəkkür edirik. Sizin dəstəyiniz sayəsində Suriya və regionda milyonlarla həyat qurtarılacaq, mülki vətəndaşlar müdafiə olunacaq.
Mark Loukok

Birləşmiş Ştatlar suriyalılar üçün əlavə 397 milyon dollar vəd edib.

“ABŞ-ın humanitar yardımı böhran başlayandan bəri 9.5 milyard dolları ötüb keçib və biz bütün donorlara təşəkkür edir, digərlərini də artan ehtiyacı qarşılamağa təşviq edirik" , Dövlət Departamentinin sözçüsü Robert Palladino bildirib.

Aİ-nın xarici siyasət xidmətinin rəhbəri Federika Mogerini Suriyada müharibəyə həll yolu tapmağa çağırıb.

“Sülhə nail olmaq BMT-nin başçılığı ilə siyasi, Suriyanın qəbul etdiyi proses olmalıdır. Biz bu prosesi dəstəkləmək üçün buradayıq”, o söyləyib.

Hələ ki, Cenevrə və digər yerlərdəki diplomatik danışıqlar sülh razılığının əldə olunması yolunda heç bir nəticə verməyib. Suriyada müharibə başlayandan bəri təxminən yarım milyon insan ölüb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG