Accessibility links

BMT: Yəməndə 150 min daşqın qurbanı ölümcül xəstəliklərə yoluxmaq riski ilə üzləşir


Ədən, Yəmən

Birləşmiş Ştatlar bildirir ki, Yəməndə leysan yağışlar və daşqınlar 150 min insane zərər verib və mühüm infrastruktura ciddi ziyan vurub və minlərlə insanı həyata təhkükə yaradan xəstəliklərə məruz qoyub.

BMT agentlikləri bildirir ki, aprelin ortalarından bəri davam edən yağışlar evlərə və sığınacaqlara ziyan vurub və nəticədə minlərə insan evsiz qalıb. Daşqınlar yolları və körpüləri dağıdıb, suları çirkləndirib, elektiyi və digər mühüm xidmətləri kəsilməsinə səbəb olub.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi bildirir ki, vəziyyət əsasən də münaqişə nəticəsində didərgin düşən, sığınacaqlarını, ərzaqlarını, ev əşyalarını itirən insanlar üçün daha da pisdir.

Təşkilatın sözçüsü Yens Laerke Amerikanın Səsinə deyib ki, bir çox insan qeyri-gigiyenik şəraitlərdə mövcud olara xəstəliklərə yoluxma və ya ölmə riski ilə qarşı-qarşıyadırlar.

Lerke deyib ki, Yəməndə yanvar ayından bəri 110 min vəba halı qeydə alınıb.

Yəməndə beş ildir davam edən vətəndaş müharibəsi çox sayda insanın ölümünə səbəb olub və ölkənin sosial-iqtisadi strukturunu məhv edib. BMT əhalinin 80 faizi, yəni 24 milyon insanın humanitar yardıma ehtiyacı var. Təşkilat Yəməni dünyanı ən pis humanitar böhranı adlandırır.

Bu fəlakətdən əlavə ölkə COVID-19 pandemiyası ilə də üzləşir. Laerke deyib ki, indiyədək ölkədə koronavirusa altı yoluxma halı təsdiqlənib.

O söyləyir ki, BMT-nin humanitar əməliyyatlarına əhəmiyyətli dərəcədə maddi yardım ayrılmalıdır, çünki əks təqdirdə COVID-19-un qarşısını almaq üçün zəruri olan bir çox proqram, o cümlədən təmiz su, sanitasiya və səhiyyə xidmətlərinə çıxışın təmin olunması növbəti aylarda dayandırılmaq riski ilə üzləşir.

XS
SM
MD
LG