Accessibility links

Boeing İrana 100 təyyarə satacaq


ABŞ-da qərargahlanan Boeing təyyarə şirkəti İrana 100 sərnişin təyyarəsinin satışına dair İranla razılıq əldə edib. Bu haqda İranın aviasiya rəsmiləri açıqlama verib.

Bu, Vaşinqtonun İrana qarşı yanvar ayında iqtisadi sanksiyaları aradan qaldırmasından sonra İran və Qərb ölkələrinin təyyarə şirkətləri arasında 200 təyyarənin satışına dair ayrı-ayrılıqda əldə edilmiş üç razılılaşmadan biridir.

"Ölkədə 250 təyyarə var, bunların 230-u əvəz edilməlidir"-deyə İranın mülki aviasiya idarəsinin rəhbəri Əli Abedzadə bildirib. O, təyyarələrin çatdırılması haqda müəyyən müddətin qoyulmadığını əlavə edib.

İranın mülki aviasiyası köhnəlmiş vəziyyətdədir və təyyarələrin dəyişilməsinə ehtiyac var. Lakin Abedzadənin sözlərinə görə, Boeing şirkəti razılığın ABŞ-ın Maliyyə nazirliyi tərəfindən təsdiqini gözləyir.

Boeing şirkəti ilə müqavilənin dəyəri 17 milyard dollar təşkil edir. Təsdiq edildiyi halda, İran 1979-cu ildə İslam inqilabından sonra ilk dəfə olaraq Boeing şirkətindən təyyarə alacaq.

Yanvar ayında İran Avropanın Airbus təyyarə şirkəti ilə 118 təyyarənin alınmasına dair ilk razılıq əldə edib. Bu müqavilə də ABŞ Maliyyə nazirliyi tərəfindən təsdiq edilməlidir.

Airbus təyyarəsinin materiallarının 10 faizi Amerikada istehsal edildiyi üçün şirkətlə müqavilənin ABŞ rəsmiləri tərəfindən təsdiqi lazımdır.

XS
SM
MD
LG