Accessibility links

Boğulan uşağın şəkli Avropada qəzəbə səbəb olub [Video]


Boğulan uşağın şəkli Avropada qəzəbə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Boğulan uşağın şəkli Avropada qəzəbə səbəb olub

Cümə axşamı Fransa, Almaniya və İtaliya bütün Avropa İttifaqı ölkələrində qaçqınlar üçün məcburi kvotaların tərtib olunmasına dair birgə çağırış ediblər

Türkiyə sahilində tapılan üç yaşlı suriyalı uşağın cəsədinin kədərləndirici şəklinin Avropa liderilərini qaçqın böhrannını həll etmək üçün daha çox səy göstərməyə təşviq etdiyi görünür. Cümə axşamı Fransa, Almaniya və İtaliya bütün Avropa İttifaqı ölkələrində qaçqınlar üçün məcburi kvotaların tərtib olunmasına dair birgə çağırış ediblər. Macarıstanda isə polisin miqrantların Avstriyaya hərəkət edən qatardan enmələrinə məcbur etməsi xaotik bir mənzərə yaradıb.

Belə bir böhran zamanı Avropanın qaçqınlara kömək etmək üçün kifayət qədər səy göstərməməsi artıq mümkün deyi
Şərif Əlsəid Əli

Avropanın şüuruna təsir edən Türkiyə sahilində üzüüstə uzanan cansız oğlan uşağının şəkli olub. O, anası, qardaşı və bir sıra digər suriyalılar çərşənbə günü Yunanıstana çatmaq istərkən boğulublar.

Qohumları ailənin Kanadadakı digər ailə üzvlərinə qoşulmaq istədiklərini deyirlər.

Suriyanın Kobani şəhərindən olan üç yaşlı Aylan Kürdi sürətli bir şəkildə Avropanın böhrana biganəliyinin rəmzinə çevrilib.

“O şəklə baxıb, bir şey etmək və nələrisə artıq dəyişmək istəyirsən. Belə bir böhran zamanı Avropanın qaçqınlara kömək etmək üçün kifayət qədər səy göstərməməsi artıq mümkün deyil.”

Ölümlərə baxmayaraq, miqrantlar Türkiyə sahillərnini tərk edərək Yunanıstana yola düşməyə davam edirlər. Təkcə ötən həftə bu rəqəm 23 min olub. Qaçqınların əksəriyyəti isə Suriyadandır.

Məhəmməd əl-Muradi və ailəsi bu səfərdən sağ çıxıblar. O, Yunanıstanın Lesbos adasına iki həftə bundan öncə gəlib.

Macarıstandakı Suriya qaçqınları
Macarıstandakı Suriya qaçqınları

“Bütün həyatım boyu çalışıb tikdiyim evim, öz pulum, əməyin və əziyyətlə tikdiyim evim Bəşər əl-Əsədin təyyarədən atdığı barrel bomba hücumu nəticəsində dağıldı. Hər şey dağıdılıb – gələcək, keçmiş, bu gün. Suriya məhv olub.”

Məhəmməd və onun ailəsi üçün səyahət hələ bitməyib. Qərbi Avropaya yol Balkan ölkələri və Macarıstandan keçir, amma Macarıstan qaçqınların oradan keçməsinə icazə vermir.

Cümə axşamı Macarıstanın iğtişaş polisi yüzlərlə miqrantı Avstriyaya hərəkət edən qatardan endirməyə çalışdıqda qarşıdurma yaranıb. Jurnalistlər isə ərazini tərk etməyə məcbur edilib.

Macarıstan deyir ki, bu, Berlinin problemidir. Amma Almaniya, Fransa və İtaliya cümə axşamı birgə bəyanat verərək qaçqınların məcburi olaraq ədalətli bir şəkildə bütün Avropa arasında bölüşdürülməsinə çağırıblar.

“Mən şəkilləri çəkilməyən naməlum qurbanlar, eləcə də biz hərəkətə keçmədiyimiz halda öləcək digər miqrantlar haqda düşünürəm. Ona görə də deyirəm ki, indi hərəkət zamanıdır.”

Britaniya Suriya qaçqınlarınn böyük hissəsini qəbul etmədiyi üçün tənqid olunub. Baş nazir Deyvid Kamerun isə Birləşmiş Krallığın mənəvi vəzifələrini yerinə yetirəcəyini deyib.

XS
SM
MD
LG