Accessibility links

Boko Haram tərəfindən oğurlanan daha bir məktəbli qız azadlığa çıxa bilib


İki il əvvəl Boko Haram terrorçu təşkilatın üzvləri tərəfindən oğurlanan məktəbli qızlardan daha biri azadlığa çıxa bilib.

Prezident Məhəmməd Buharinın sözçüsü hadisə ilə bağlı təfsilata varmayıb. Amma deyib ki, nigeriyalı əsgərlər onu tapıb paytaxta gətirib.

Qaçırılmış qızlardan daha birinin azad edilməsi xəbəri Boko Haramın hökumətlə razılıq əsasında məhbuslarla 82 qızı dəyişməsindən iki həftə sonraya təsadüf edir.

Qızların qarşıdakı günlərdə ailə üzvlərinə qovuşacağı gözlənilir.

Qrup 2014-cü ildə Çibokda məktəbdən 276 qızı qaçırıb.

Oktyabrda 21 qız azad edilib. Bir neçə digəri isə ya özləri qaça bilib, ya da onları azadlığa buraxıblar.

100-dən çox qız hələ də itkin hesab edilir.

Boko Haram militantları səkkiz il müddətində minlərlə adam öldürüb və Nigeriyanın şimalını İslam Dövlətinin istinadgahı edib.

Nigeriya rəsmiləri militantların qızları mülki vətəndaşları qorxutmaq məqsədi ilə qaçırdıqlarını bildirib.

XS
SM
MD
LG