Accessibility links

Bolqarıstanın baş naziri istefa verib


Bolqarıstanın baş naziri Boiko Borisov elektrik qiymətlərinin yüksək olmasına dair bir neçə gün davam edən nümayişlərdən sonra vəzifəsindən istefa verdiyini elan edib.

Bu gün parlament qarşısında etdiyi çıxışında cənab Borisov səlahiyyətini ictimayyətə verdiyini deyib və əlavə edib ki, o, sessiyalararası hökumətin işinə müdaxilə etməyəcək.

“Tökülən hər damla qan bizim üçün ləkədir. Və mən parlament ətrafında çəpər görmək istəmirəm. Hakimiyyət bizim məqsədimiz deyil və biz özümüzü ictimayyətdən qorumaqla bu hakimiyyətdən mənfəətlənə bilməyəcəyik”- deyə Borisov bildirib.

O, vəzifəsindən istefa verməsinin iyul ayına nəzərdə tutulmuş seçkilərə təsir edib-etməyəcəyi barədə heç bir söz deməyib.

Cənab Borisov nümayişləri susturmaq üçün ilkin olaraq maliyyə nazirini vəzifəsindən azad etmişdi.

O, eyni zamanda kommunal xidmətlər göstərən xarici şirkətlərin bağlanılacağına söz verimişdi. Lakin bu da nümayişləri susturmamışdı.

P aytaxt Sofia şəhərində ötən iki gün ərzində polisə müqavimət göstərdiklərinə görə 25 nəfər həbs olunub. Bolqarıstan Avropa İttifaqının ən yoxsul ölkəsidir.
XS
SM
MD
LG