Şimali Makedoniyanın baş prokuroru deyib ki, çərşənbə axşamı səhər saatlarında Bolqarıstanda baş verən avtobus qəzasında ölən təxminən 45 nəfər arasında 12 uşaq olub.
Lubmir Jovevski ölkənin qərbində qəzanın baş verdiyi ərazidə müxbirlərlə danışıb.
Qəzanın səbəbi dərhal təsadiqlənməyib, lakin belə görünür avtobus yolun kənarındakı baryerə çırpılaraq aşıb və daha sonra yanmağa başlayıb.
Bu avtobus makedoniyalı turistləri İstanbuldan Makedoniyaya daşıyan dörd avtobusdan biri olub. Qəza gecə saat 2-də baş verib.
Qəzadan sağ çıxan yeddi nəfər xəstəxanaya aparılıb. Rəsmilər hadisə ilə bağlı istintaqın başlayacağını bildirib.
Hadisə yerində çəkilən şəkillərdə avtobusun yandığın və havaya qalın tüstünün çıxdığı göstərilir.
Daxili işlər naziri Boyno Raşkov qəzanın baş verdiyi ərazidən müxbirlərə bildirib ki, “mən həyatımda bu qədər dəhşətli bir şey görməmişdim.”
“Görüntü dəhşətlidir, avtobusda olan insanlar kömürə çevrilib,” Raşkov deyib. “Orada neçə nəfərin olduğunu demək mümkün deyil. Birlikdə hərəkət edən dörd avtobus olub və mümkündür ki, sərnişinlər dayanacaqlarda avtobusları dəyişiblər.”
Təxminən 2 milyon əhalisi olan Şimali Makedoniyada media xəbər verib ki, Türkiyəyə səfəri təşkil etdiyi güman edilən səyahət şirkətinin Skopyedəki ofisinin önündə polis toplaşıb.
Bolqarıstan baş naziri vəzifəsini müvəqqəti icra edən Stefan Yanev də qəzanın baş verdiyi ərazini ziyarət edib və müxbirlərə deyib ki, bu “böyük faciədir.”
“Mən fürsətdən istifadə edərək, qurbanların qohumlarına başsağlığımı çatdırıram,” Yanev deyib. “Ümid edirəm ki, biz bu faciəvi hadisədən dərslər çıxaracağıq və gələcəkdə bu cür insidentlərin qarşısını alacağıq.”
Bolqarıstanın Novinite xəbər agentliyi bildirib ki, Şimali Makedoniya səfirliyinin işçiləri yaralıların götürüldüyü xəstəxanaları ziyarət ediblər.
Albaniyanın xarici işlər naziri Olta Xaçka internetdə ölənlərin demək olar hamısının etnik alban olduğunu yazıb.
Şimali Makedoniyanın baş naziri Zoran Zaev Bolqarıstanın televiziya kanalı bTV-yə bildirib ki, o, qəzadan sağ çıxanlar sərnişinlərdən biri ilə danışıb.
“Sərnişinlərdən biri mədə dedi ki, o yatmışdı və partlayış səsinə oyanıb,” Zaev bTV-yə bildirib və əlavə edib ki, rəsmilər “ölü və yaralıların ailələri üçün vacib olan” məlumatları toplayacaqlar.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “ faciəvi avtobus qəzasında” ölənlərin ailə və dostlarına başsağlığını çatdırıb və deyib ki, “Avropa bu dəhşətli vaxtda sizinlə həmrəydir.”
2019-cu ildə 7 milyon əhalisi olan Bolqarıstan 27 üzvlük ittifaqda yol qəzaları nəticəsində ən çox çox tələfatların olduğu ölkə olub. Belə ki, Avropa Komissiyasının məlumatına görə, orada həmin il hər bir milyon insandan 89 nəfəri yol qəzası nəticəsində həyatını itirib.