Accessibility links

Exit poll Bolqarıstanda partlament seçkilərində Boyko Borisovun qələbəsini göstərir



Exit poll Bolqarıstanda mərkəz-sağçı lider Boyko Borisovun hökumət əleyhinə nümayişlər nəticəsində baş nazir kimi vəzifəsindən üç ay bundan əvvəl istefa verdikdən sonra bazar günü keçirilən parlament seçkilərində az fərqlə qələbə çaldığını göstərir.

Səsvermə başa çatdıqdan sonra açıqlanmış sorğuya əsasən, “Vətəndaşlar Avropa inkişaf naminə” partiyası Sosialist partiyasından irəli gedərək, səslərin 30-33 faizini ala bilib. Sosialistlərin səslərin 25-27 faizini əldə etdiyi proqnozlaşdırılır. Nəticələr təsdiq olsa, bu, Borisovun parlamentdə əksəriyyət ədə bilmədiyi və buna görə də koalisiya yaratmalı olacağı deməkdir.

Türklərin Hüquqlar və Azadlıq Hərəkatı və ultramillətçi "Ataka" partiyaları da daxil olmaqla, kiçik partiyaların partlamentdə yer alacağı gözlənilir.

Müşahidəçilərin bir hissəsi seçkilərin ölkədə siyasi durğunluq yaradacağını və yeni seçkilər keçirilməsinə ehtiyac olacağını söyləyirlər.

Boyko Borisovun hökuməti Avropa İttifaqının ən yoxsul ölkəsi olan Bolqarıstanda fevral ayında zorakı küçə nümayişləri nəticəsində istefa vermişdi.

Rəsmi nəticələrin bazar ertəsi günü açıqlanacağı gözlənilir.
XS
SM
MD
LG