Accessibility links

Bolton İrana təzyiqləri artırmağa söz verib


ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrana təzyiqlərin bundan sonra daha da artırılmasına söz verib. Onun açıqlamaları Tehrana qarşı ABŞ sanksiyalarının qüvvəyə minməsindən bir həftə sonraya tasdüf edir.

Prezident Donald Tramp İranla beynəlxalq nüvə sazişindən çıxaraq, Tehrana qarşı təzyiqləri artırıb və ABŞ sanksiyalarının bir neçə raundunu tətbiq edib.

Biz həm də sanksiyaların icrasını əhəmiyyətli dərəcədə artıracağıq.
Con Bolton

Keçən həftə qüvvəyə minmiş sanksiyalar isə İran üçün həyat əhəmiyyətli neft ixracatının azaldılması və İran banklarının beynəlxalq sistemdən təcrid edilməsini nəzərdə tutaraq, ən ciddi ölçülər hesab edilir.

Sinqapurda səfərdə olan Bolton deyib: “Fikrimizcə, hökumət real təzyiq altındadır və bizim məqsədimiz onları daha da çox sıxmaqdır”.

“Biz həm də sanksiyaların icrasını əhəmiyyətli dərəcədə artıracağıq”-deyə, Bolton əlavə edib.

Birləşmiş Ştatlar dəfələrlə bəyan edib ki, humanitar ehtiyaclar, ərzaq və dərmanlar sanksiyalarla istisna edilir və sanksiyaların hədəfi İran xalqı deyil.

Lakin İran sanksiyaların qeyri-humanist və beynəlxalq qanuna zidd oduğunu bildirir.

İranın xüsusilə də neft sektorunda, amma eləcə də maliyyə bazarlarında sanksiyalardan yayınmağa çalışdığı və yollar axtardığına şübhə yoxdur
Con Bolton

Bank sektoruna sanksiyaların tətbiq edilməsi o deməkdir ki, Birləşmiş Ştatlar tərəfindən narazılığa yol verməmək üçün demək olar heç bir beynəlxalq kreditor tibbi ləvazimatın çatdırılması kimi humanitar məqsədli transaksiyaların keçirilməsinə hazır olmayacaq.

“İranın xüsusilə də neft sektorunda, amma eləcə də maliyyə bazarlarında sanksiyalardan yayınmağa çalışdığı və yollar axtardığına şübhə yoxdur”-deyə Bolton bildirib.

Vaşinqton Tehrandan Yaxın Şərqdə Livanda Hizbullah kimi terror qruplarına dəstəyə son qoymaq və raket proqramını dayandırmasını tələb edib.

Beynəxalq Maliyyə Fondu sanksiyaların İran iqtisadiyyatının bu il 1.5 faiz, gələn isə 3.6 faiz azalmasına səbəb olacağını proqnozlaşdırır.

XS
SM
MD
LG