Accessibility links

Ceyms Bond ekranlara qayıdır VİDEO


Ceyms Bond qayıdır
please wait
Embed

No media source currently available

0:00 0:04:10 0:00


50 il bundan əvvəl “007”-dəki Ceyms Bond indi ekranlara Skyfall-da qayıdıb. Lakin ənənəvi eleqant qara kostyumda və əlində martini qədəhi olan Bond cəlbedici olsa da, bu filmdə daha soyuqqanlı görünür.

Film əlahəzrət kraliçanın gizli xidmət orqanlarının İstanbulda uğursuz əməliyyatı ilə başlayır. Bond ölür, və ya öləcək?

Bond fəaliyyətə başlayır. Bu dəfə evə edilən terrora qarşı.

Aktrisa Cudi Dençin ifa etdiyi, xarici kəşfiyyat agentliyin şəbələrindən birinin başçısı M hədəf alınıb. Tapşırığı sabiq agent Silva həyata keçirməlidir.

Silva rolunu Oskar mükafatı laureatı, aktyor Həviar Bardem ifa edir. Amerikanın Səsinə müsahibəsində Bardem rejissor Mendesin bu filmindən danışıb. “Burada emosional baxımdan yaxınlıq hiss edilən qəhrəmanlar toplaşıb. Məhz buna görə filmdə oynamaq xoşa gəlir. Semsin oynanılan səhnələr xoşuna gəlir və o, qəhrəmanlarını prosesiə uyğun şəkildə bir araya gətitir.

İlk filmin ekranlara çıxmasından 50 il sonra çəkilən bu film həm də misilsiz ektravaqantlığı ilə diqqəti cəlb edir. “Biz insanlara Bond haqda filmin həmişə birinci və məşhur olduğunu çatdırmağa çalışırıq.”

Əvvəlcə çəkilən filmlərdən fərqli olaraq, Skyfall-da yeni avadanlıqlardan az istifadə edilsə də, filmi yeni texnologiya idarə edir. Terror və gizli müharibələr kibernetika məkanında, Mİ-6 ekspertləri və kompyuter hakerləri.

Bundan əvvəl çəkilən filmlərdə olduğu kimi Bond çox cəlbedicidir. Əslən kombodjalı, Fransa aktrisası Berenis Merloh bu filmdə Bondun sevgilisi rolunu oynayır. “Mən özümü Bond mühitinə bağlı hiss edirdim. Oradakı musiqi inanılmaz dərəcədə təsirlidir.”

Nayomi Harris dinamik bir xarakteri, Mİ-6 agenti İvanı oynayır.

Skyfall filmində daha müasir Bond nümayiş etdirilsə də, filmdə köhnə ənənələrə riayət edilir. Bu filmdə də 0007 Aston-Martin sport tipli maşın sürür və ənənəvi Bond kimi fiziki mübarizə qabiliyyətinə malikdir.
XS
SM
MD
LG