ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) bildirdiyinə görə, bu gün səhər Boston hücumları ilə bağlı sorğu-sual edilən şəxs özünü aqressiv apardığına görə Florida ştatında agentliyin işçisi tərəfindən öldürülüb.
Orlando Sentinel və Orlando tele-kanalları öldürülən şəxsin dostlarında birinin onun çeçen mənşəli, 27 yaşlı İbrahim Todaşev olduğunu və bundan əvvəl Bostonda yaşadığını dediyini bildirib.
Federal Təhqiqat Bürosunun açıqlamasında öldürülən şəxsin sorğu-sual edilərkən xüsusi agentin üstünə atıldığı və agentin silahdan istifadə etməli olduğu deyilir. Məlumatda həmin şəxsin öldürüldüyü, bədnb xəsarəti alan xüsusi agentin isə xəstəxanaya aparıldığı bildirilir.