Accessibility links

BP rəhbəri neft axıntısını dayandırmaq üçün yenidən cəhd ediləcəyini deyir


British Petroleum-un rəhbəri deyir ki, enerji şirkəti Meksiko Körfəzində neft axıntısını dayandırmaq cəhdlərindən öyrəndiklərini növbəti cəhddə praktikadan keçirəcək

British Petroleum-un rəhbəri deyir ki, enerji şirkəti Meksiko Körfəzində neft axıntısını dayandırmaq cəhdlərindən öyrəndiklərini növbəti cəhddə praktikadan keçirəcək. Menecer Robert Dadli Fox News telekanalına müsahibədə deyib ki, növbəti cəhddə robotlar neftın axdığı sualtı borunu mişarlayacaq və onu xüsusi tıxacla qapayacaq. Dadli həmçinin proses zamanı donmanın qarşısını almaq üçün boruya isti suyun vurulacağını bildirib. Bundan əvvəlki cəhdlərdə borunun donması əməliyyatın iflasına səbəb olmuşdu. Bütün bunlara baxmayaraq o, əməliyyatın uğurlu keçəcəyinə tam əmin olmadığını söyləyib.

XS
SM
MD
LG