Accessibility links

3D çapı beyin əməliyyatlarına yardım edə bilər [Video]


3D çapı beyin əməliyyatlarına yardım edə bilər
please wait

No media source currently available

0:00 0:01:49 0:00

Hollivudun visual effektlər yaratması üçün istifadə etdiyi canlı ölçüdəki 3D Çaplarından eləcə də ağır cərahiyyə əməliyyatları edən həkimlər də istifadə edə bilər. Merelend ştatının Baltimor şəhərindəki Con Hopkins Xəstəxanasının həkimləri deyir ki, hətta təcrübəli beyin cərrahları canlı ölçüdəki çapların üzərində təlimlər keçməlidir və bu, onlara əməliyyatlar zamanı yardım edə bilər.

Qorxulu filmlərdəki xarakrerlərin sifətləri, əl və ayaqları, bəzən daxili orqanları çox zaman təbii ölçüdə 3D çapından istifadə etməklə hazırlanır. Elə buna əsaslanaraq, Boston Uşaq Xəstəxanasının cərrahları Hollivudun xüsusi effektindən istifadə etməklə beyin əməliyyatları üçün stimulyasiya proqramına başlayıb. Doktor Piter Veynstok: “Sonda nə baş verdi, bizim stimulyasiya daha çox filmə bənzədi, kinematoqrafiyada, teatrda olduğu kimi.”

Bu, 14 yaşlı oğlan uşağının başının modelidir və basin içərisində gerçəkdə olduğu kimi beyin var. Cərrahlar bunun üzərində daha çox yeniyetmələrdə müşahidə edilən onurğa beynində hədsiz maye toplanması kimi xəstəliyin müalicəsini sınaqdan keçirə bilər.

Hazırda təcrübələr əsasən cəsədlər, bəzən də meyvə və tərəvəağzlərin üzərində aparılır. Lakin 3D çapı daha yaxşıdır, çünki cərrahlar spesifik anomaliyalar üzərində işləyə bilir. “Biz bu təlim kurslarını Birləşmiş Ştatlarda keçə bilər və ya bu çaplardan beynəlxalq səviyyədə istifadə edə bilər, 3D çapından istifadə edərək, digər əməliyyatların da edilməsində cərrahlara yardım edə bilərik. Bu, təhlükəsiz və realistikdir, bunu təkrarlamaq mümkündür. Ən əsası da odur ki, biz cərahiyyə əməliyyatlarında istifadə etdiyimiz alətlərdən 3D çaplarında da istifadə edə bilərik” deyə, neyro-cərrah Alan Kohen bildirir.

3D cərrahiyyə modellərinin yaradıcılarını həmkarların bu simulyatorlar üzərində təlim keçməyə vaxtları olmayacağı qotxudur. Araşdırmalar təlimlərin həm effektivliyi, həm də cərrahiyyə əməliyyatlarının uğurunu artırdığını göstərir.

XS
SM
MD
LG