Accessibility links

Braziliyanın Baş Prokurorluğu Bolsonaronun onlarla tərəfdarına qarşı ittiham irəli sürüb


Braziliyanın Baş Prokurorluğu keçmiş prezident Jair Bolsonaronun oktyabr seçkilərində məğlubiyyətini qəbul etmədikləri və hökumət binalarına basqın etdikləri iddia edilən minlərlə insana qarşı ilk ittihamlarını irəli sürüb.

Bu yaxınlarda yaradılmış anti-demokratiya hərəkətləri ilə mübarizə qrupunun prokurorları həmçinin profilaktik tədbir kimi Konqresi qarət edən 39 müttəhimin həbs edilməsini və dəymiş ziyanı ödəmək üçün onların 7,7 milyon dollarlıq əmlakının dondurulmasını istəyib.

Baş Prokurorluğun bazar ertəsi gecə yaydığı yazılı açıqlamasında müttəhimlərin silahlı cinayətin təşkilində, dövlətin demokratik hüququnun pozması cəhdində, dövlət çevrilişi və ictimai əmlaka ziyan vurmaqda ittiham olunduqları bildirilib. Onların şəxsiyyəti hələlik açıqlanmayıb.

2021-ci il yanvarın 6-da keçmiş prezident Donald Trampın noyabr seçkilərindəki məğlubiyyətini qəbul etməyən və ABŞ Konqresinə hücuma edən kütlə arasında mindən çox insanın həbs ilə nəticələnən iştişaşlarla Braziliyadakı 8 yanvar hadisələri arasında güclü oxşarlıqlar var.

Braziliya Konqresinə, prezident sarayına və paytaxtdakı Ali Məhkəməyə hücum edən iğtişaşçılar silahlı qüvvələrin müdaxiləsi ilə Bolsonaronun prezident Luiz İnasio Lula da Silvaya məğlubiyyətini ləğv etməyə çalışıb.

İğtişaşçılar "konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə mane olmaq və ya məhdudlaşdırmağa çalışıb, zorakılıqlarla demokratik qanunun aliliyini ləğv etməyə cəhd edib. Hücumun son məqsəd alternativ dövlət rejimi qurmaq olub" deyə, bəyanatda bildirilib.

XS
SM
MD
LG