Accessibility links

Braziliyada ictimai nəqliyyat, məktəblər və banklar bağlıdır. Ölkə boyu həmkarlar ittifaqlarının başçılığı ilə etiraz aksiyaları keçirilir.

Milyonlarla insan dünən işə çıxa bilmədiyi üçün evdə qalıb. Minlərlə insan isə etirazlara qoşularaq, yolları bağlayıb.

Nümayişlərin ən böyüyü Rio de Janeyroda təşkil edilib. Polislə qarşıdurma yaşanıb. Polis daş atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Sao Paulo şəhərində əsas yolları bağlayan nümayişçilər gözyaşardıcı qaz və rezin güllələrə məruz qalıb.

Aksiyaçılar prezident Mişel Temerin iqtisadi islahlarına etiraz edir. Prezident əmək qanunları və pensiya sisteminin dəyişdiriləcəyi və pensiya yaşının artırılacağını bəyan edib.

Temer bununla iqtisadiyyatın canlandırılacağını deyir. Ölkə Konqresində müzakirələrə çıxaran təklifin təsdiqi gözlənilir.

Braziliya iqtisadi tənəzzülə uğrayıb. Ölkədə işsizlik 13 faiz təşkil edir.

XS
SM
MD
LG