Accessibility links

Korrupsiyaya iddiaları Braziliyada kütləvi nümayişlərə səbəb olub


Etirazçılar prezident Dilma Russefin istefasını tələb ediblər

Dünən yüz minlərlə braziliyalı bir sıra şəhərdə küçələrə axışaraq hökümət korrupsiyasına görə prezident Dilma Russefin istefaya getməsini tələb ediblər.

Xanım Russefə qarşı qəzəbin başlıca səbəblərindən biri dövlət neft şirkəti Petrobrasda ən böyük rüşvətxorluğun faktının üstünün açılmasıdır. Prokurorlar bu hadisəni Braziliya tarixindəki ən nəhəng korrupsiya fırıldaqçılığı adlandırıb. Petrobrasın müqaviələlərinin şişirdilməsi mübadiləsində rüşvət kimi və ya ölkənin ən böyük tikinti və mühəndislik şirkətlərinin vəsaitlərindən ən azı 800 milyon dollar ödənilib.

Prezidentin yaxın müttəfiqləri və keçmiş Petrobras rəhbərləri daxil olmaqla onlarla siyasi xadim istintaqa cəlb edilib. Hələlik heç kəs həbs edilməsə də, 22 deputat, 13 senator və 2 qubernatorun rüşvət-alma iddiaları ilə fəaliyyəti müvəqqəti dondurulub. Bəzi fəaliyyətlər xanım Russef Petrobrasın idarə heyətinin sədri olduğu ərəfədə baş verib. Onunla bağlı istintaq aparılmır.

Petrobrasdakı korrupsiya qalmaqalından başqa xanım Russef üsləşdiyi problemlərdən biri də iqtisadiyyatın artan inflasiya və tənəzzül astanasında olmasıdır.

Dünən keçirilən nümayiş dinc və yüksək əhval-ruhiyyədə keçib.

Səhərə yaxın çoxu Braziliya bayrağının rəngləri olan mavi, yaşıl və sarı paltarlar geyinən minlərlə sakin Rio de Janeyronun Kopakabana sahilində etiraz edərək dövlət himnini oxuyublar və “Dilma, istefa!” şüarları səsləndiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG