Accessibility links

Braziliya prezidentinin ürəyində əməliyyat keçirilib


Braziliya prezidenti Mişel Temer uğurlu ürək əməliyyatından sonra bərpa olunur.

Prezident sarayından verilən məlumata görə, həkimlərin operativ müdaxiləsi zamanı üç koronar arteriyanın angioplastikası və stentin quraşdırılması həyata keçirilib.

Əlavə edilib ki, Temer hal-hazırda San Paolo xəstəxanasında əməliyyatdan sonra bərpa olunur. 77 yaşlı prezident cümə günü gecə saatlarında xəstəxanaya müraciət etmişdir.

Bu ilin əvvəli Temerə koronar arteriyalarının birində qismən maneənin olması diaqonuzu qoyulmuşdu. Onun ofisi bildirmişi ki, prezident bunu aspirin və az-yağlı dieta ilə müalicə etməyi planlaşdırır.

Temer cümə günü həmçinin uroloji yoxlamadan keçib. Keçən, ay həkimlərin onun uroloji problemlərini diaqnoz etdikdən sonra onun üzərində prostat ölücüsün kiçildilməsi əməliyyatı keçirilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG