Accessibility links

Braziliyada COVID-19-a yoluxanların sayı 2 milyonu ötüb, 76 mindən çox ölən var


Braziliyda koronavirusdan ölüm sayında rekord qeydə alınıb. Belə ki, may ayında pandemiya ölkədə yayılmağa başladığı vaxtdan bəri ilk dəfə cümə axşamı ölkədə 1000 ölüm halı qeydə alınıb. Elə həmin gün federal səhiyyə nazirliyi ölkədə koronavirusa ümumi yoluxanların sayının 2 milyona, ölənlərin sayının isə 76 minə çatdığını xəbər verib.

Virus Braziliyanın iri şəhərlərində azalsa da, ölkədə yeni yoluxma nöqtələri yaranmaqdadır.

Mütəxəssislər buna görə prezident Cair Bolsonaronun virusun ölümcül potensialının inkar etməsini, şəhər və əyalət hökumətlərinin məhdud cavab tədbirlərini, bəzilərinin hətta vaxtından əvvəl açılma tədbirləri görmələrini, habelə milli koordinasiyanın olmamasını günahlandırır.

Digər tərəfdən isə pandemiya ilə mübarizəyə tibbi təhsili olmayan müvəqqəti səhiyyə naziri rəhbərlik edir.

Prezident Bolsonaro özü isə dəfələrlə sosial məsafə tövsiyələrinə və yerli rəhbərlərin məhdudiyyətlərinə əhəmiyyət verməməsinə baxmayaraq COVID-19-a yoluxub.

Braziliyada ötən yeddi həftə ərzində hər həftə 7 min nəfər COVID-19-dan dünyasını dəyişib. Keçmiş səhiyyə naziri Luiz Henrique Mandetta Associated Press xəbər agentliyinə deyib ki, bu isə hər gün braziliyalılarla dolu bir neçə təyyarənin qəzaya uğramasına bərabərdir.

Braziliyada 2 milyon yoluxma halı ilə ABŞ-dan sonra ikinci yerdədir. Mütəxəssislər ölkədə genişmiqyaslı testlərin keçirilməməsi səbəbindən bu rəqəmin düşünüldüyündən daha yüksək ola biləcəyini vurğulayır.

Braziliyanın təhsil müəssisələrinin bir neçə professorunun təsdiq olunmuş ölüm sayına əsaslanaraq hazırladıqları model ölkə üzrə yoluxmaların sayının 10 min ola biləcəyini təxmin edir.

Şərhlərə bax

XS
SM
MD
LG