Accessibility links

Braziliyada nümayişlər davam edir


İnsanlar ölkənin bahalı idman oyunlarına ev sahibliyi etməsinə qəzəblənib

Dünən Braziliyada minlərlə insan küçələrə çıxaraq yenidən kütləvi nümayiş keçirib. Onlar Konfederasiya Kuboku kimi milyonlarla dollara başa gələn yüksək profilli yarışlara ev sahibliyi etməyə öz etirazlarını bildiriblər.

İctimai nəqliyyatdan istifadə qiymətlərinin 10 sent (0.10 dollar) artması ilə başlayan nümayişlər hazırda vergilərin çoxaldılmasını, korrupsiyanı, eləcə də ölkədə ictimai təhsili, səhiyyəni və nəqliyyat sistemlərini hədəf alıb.

Nümayişlərə qatılanlar habelə 2014-cü il Dünya Çempionatı və 2016-cı il yay Olimpiya Oyunları da daxil olmaqla baha başa gələn yüksək profilli yarışların ölkədə keçirilməsinə etiraz edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG