Accessibility links

Brexit-dən sonra yaranan sürprizlər [Video]


Brexit-dən sonra yaranan sürprizlər
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Brexit-dən sonra yaranan sürprizlər

Britaniyanın Avropa İttifaqından ayrılmaqla bağlı şok qərarından bir çox sürpriz baş verib. Proqnozların əksinə başda Afrika və Sakit Okean regionunda Afrika İttifaqına üzv ölkələr daxil olmaqla, bir çox ölkə Britaniya ilə ticarət sazişləri imzalamaq üçün sıraya düzülüb və iqtisadçılar iki il ərzində Avropa İttifaqı ilə də ticarət razılığının əldə olunacağını proqnozlaşdırır. Eyni zamanda Brexitdən sonra funt sterlinqin dəyəri düşdüyü üçün Londonda turist bumu yaranıb.

Zəif funt sterlinq çoxları üçün ilk dəfə olaraq Londonu görmək şansı yaratdı.

“Çox ucuzdur. Bu əladır,” deyə çinli bir turist bildirir.

Brexitin gözlənilməyən faydalarından biri xarici ziyarətçilərin sayında 18 faiz artımdır. Otellər, hava yolları şirkətləri və Londondakı turistik məkanların satışı və başda asiyalılar olmaqla şəhərdə Avropadakı terrordan qorxmayan qonaq sayında dramatik artım müşahidə ediblər.

“Terroru başa düşürük, amma funt o qədər zəifldir ki, indi Londona gəlməyin ən yaxşı vaxtıdır,” deyə taivanlı bir tursit bildirib.

“Funtun dəyəri belə aşağı olduğuna görə, bizim üçün burada əşyalar almaq və sıyahət etmək daha ucuzdur. İndi bura gəlmənin tam zamanıdır,” deyə digər bir çinli turist bildirir.

Brexitdən sonra bazarlarda bir az dəyişkənlik yaşanmağa davam edib ki, bu da sürpriz deyil. Sürpriz olan 27 ölkənin Britaniya ilə ticarət razılığı imzalamaq istəyini bildirməsi olub.

Funtun dəyəri belə aşağı olduğuna görə, bizim üçün burada əşyalar almaq və sıyahət etmək daha ucuzdur. İndi bura gəlmənin tam zamanıdır.

Bu ölkələrin çoxu keçmiş Britaniya müstəmləkəsi olan Qana kimi Afrika Birliyi ölkələridir. İqtisadçılar yeni sazişlər üçün imkanlar görür və bəziləri bunun müstəmləkə dövründən qalan paradiqmanı dəyişəcəyinə inanır. Belə ki, on illərdir Afrika fermerləri emal olunmamış məhsullarını Avropaya satır və daha sonra onları sənaye malları kimi geri idxal edir.

“Qanalı kakao istehsalçıları Avropadakı tarif sisteminə görə dəyər zəncirini qaldırıb, özləri şokolad istehsal edə bilmirlər. Bunların hamısı kənd təsərüffatı baxımından daha az təhrif edilmiş bir Birləşmiş Krallıqla əlaqələrin yaradılması nəticəsində müəyyən dərəcədə həll edilə bilər.”

Britaniya 1973-cü ildən bəri ticarət razılığı imzalamayıb. İndi isə Britaniya höküməti digər ölkəlrdən gələn ticari maraqlardan faydalanmaq istədiyi üçün yeni ticarət razılığı vasitələrindən ibarət komandalar yaradır və ümid edir ki, Brexitdən sonra gözlənilən tənəzzülün əvəzinə ticari bir bum yaranacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG