Accessibility links

La-Manşda batan qayıqda 4 nəfərin öldüyü təsdiqlənib


Rəsmilərin çərşənbə günü verdiyi məlumata görə, donmuş suda batan kiçik qayığı xilas etmək üçün vertolyotlar və xilasedici qayıqlar İngiltərənin cənubuna, Kent sahillərindəki La-Manş Kanalına doğru irəliləyib.

Baş nazir Rişi Sunak parlament qarşısında insan itkisinin olduğunu təsdiqləsə də, ətraflı məlumat verməyib. Daxili işlər naziri Suella Bravermanın çərşənbə günü axşam İcmalar Palatasını məlumatlandıracağı gözlənilir.

"Sahil mühafizəsinin rəhbərlik etdiyi koordinasiyalı axtarış-xilasetmə əməliyyatından sonra təəssüflə bildiririk ki, bu insident nəticəsində 4 nəfərin öldüyü təsdiqlənib. Araşdırmalar davam edir və biz lazım olan vaxt əlavə məlumat verəcəyik" - deyə, hökumət bildirib.

Britaniya Dəniz və Sahil Mühafizəsi Agentliyi xilasetmə əməliyyatını Kral Donanması sərhədçiləri, Kent polisi və Fransa donanmasının iştirakı ilə koordinasiya edib.

Cənub-Şərq Sahil Təcili Yardım Xidməti sahil mühafizəsinə yerli vaxtla təxminən 3:40-da yardım göndərdiyini bildirib.

Minlərlə miqrant Britaniyada sığınacaq tapmaq ümidi ilə La-Manş Kanalını kiçik qayıqlara keçməyə çalışır. Britaniya hökuməti insanların qaçaqmalçılara dünyanın ən işlək gəmi yollarından bəzilərini yüngül gəmilərlə keçmək üçün pul ödəmələrinin qarşısını almaq üçün təzyiq altındadır.

Lakin təhlükəli səyahəti seçənlərin sayı artmaqda davam edir. Hökumətin hesablamalarına görə, 2020-ci ildə 8500, keçən il 23000, bu il isə bu səyahəti təxminən 44000 nəfər edib.

Sunak çərşənbə axşamı sığınacaq istəyənlərin müraciətləri ilə bağlı gecikmələri aradan qaldıracağına söz verib və Kanalı keçərək Britaniyaya çatan miqrantların sayını azaltmağa yönəlmiş yeni tədbirləri açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG