Accessibility links

Britaniya: Luhansk və Donetsk rəsmi olaraq Rusiya Silahlı Qüvvələrinə inteqrasiya edilib


Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı cümə günü Twitter səhifəsində "Luhansk Xalq Respublikası (LNR) və Donetsk Xalq Respublikasının (DNR) yarı-hərbi qüvvələri 2022-ci il dekabrın 31-də rəsmi olaraq Rusiya silahlı qüvvələrinə inteqrasiya edilib" yazıb.

Luhansk və Donetsk beynəlxalq səviyyədə Ukraynanın bir hissəsi kimi tanınır.

Buna baxmayaraq, Rusiya "2022-ci ilin sentyabrında keçirilmiş qondarma üzvlük referendumundan sonra Luhansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının Rusiya Federasiyasının tərkib hissəsi olduğunu iddia edir" - deyə, nazirlik bildirib.

Bundan əlavə, Rusiya "2014-cü ildən bəri həm Donetsk Xalq Respublikasının 1-ci Ordu Korpusunu, həm də Luhansk Xalq Respublikasının 2-ci Ordu Korpusunu yaradıb və onlara Rusiya hərbçilərinin dəstəsi ilə gizli şəkildə nəzarət edir".

Britaniya Müdafiə Nazirliyi "Luhansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının statusu və eyniliyi çox güman ki, Rusiya daxilindəki sistemdə parçalanmaya səbəb olur. Hələ 2022-ci ilin fevral işğalından əvvəl də bu ərazilər Rusiya maliyyəsinin əhəmiyyətli dərəcədə sızmasına səbəb olurdu. Kreml açıq şəkildə onları dəstəkləmək öhdəliyini götürdükdən sonra isə bu, çox güman ki, Rusiya üçün münaqişənin hazırkı mərhələsindən kənarda böyük siyasi, diplomatik və maliyyə xərcləri təşkil edəcək"- deyə, bildirib.

Bu arada, iki müdafiə rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə,
ABŞ Kyivə hərbi yardımın yeni mərhələsi çərçivəsində Ukraynaya 50 ədəd "Bradley" döyüş maşını göndərəcək.

Cümə günü gözlənilən rəsmi açıqlamadan əvvəl Amerikanın Səsi ilə paylaşılan hökumət sənədində deyilib ki, "Bradley" ilə yanaşı tank əleyhinə yüzlərlə "TOW" raketi və yüz minlərlə sursat göndəriləcək.

ABŞ prezidenti Co Bayden Pentaqonun cümə axşamı günü təsdiq etdiyi "Bradley"nin əvvəlcə yeni paketə daxil ediləcəyini deyib.

"Bu, tank deyil, tankı məhv edəndir. Bu, Ukraynanın onsuz da güclü olan zirehli maşınlarına əhəmiyyətli dərəcədə təkan verəcək və biz əminik ki, bu, onlara döyüş meydanında yardım edəcək" - deyə, Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder jurnalistlərə bildirib.

Demokratiyaların Müdafiəsi Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin baş direktoru Bredli Bouman deyib ki, "ABŞ-ın bundan əvvəl təmin etdikləri ilə müqayisədə "Bradley" əhəmiyyətli bir irəliləyişdir".

"Döyüş vasitəsi olan "Bradley" piyada qüvvələrin sürətlə hərəkət edən zirehli qüvvələri müşayiət etməsinə, piyadaların qorunmasına, manevrlərinə yardım edəcək və atəş gücünü artıracaq" , Bouman deyib.

Almaniya və Fransa da zirehli maşınlar göndərdiklərini bu həftə açıqlayıb.

Bundan əlavə, Ağ Evin cümə axşamı bildirdiyinə görə, Almaniya ABŞ-la eyni olaraq, Ukraynaya "Patriot" raket batareyası göndərəcək. Keçmiş ordu məmurları "Patriot" təlimlərinin aylar çəkəcəyini deyib.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü güclü qüllədə quraşdırılmış "GIAT 105" mm əsasında hazırlanmış "AMX-10 RC" zirehli döyüş maşınlarına görə Fransaya təşəkkür edib. Eyni zamanda o, müttəfiqlərini Ukraynanı daha ağır silahlarla təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG