Accessibility links

Britanıyanın baş naziri istefa verib


Britanıyanın baş naziri istefa verib. Buna Boris Consonun kabinetlə ölkənin Avropa İttifaqından çıxmaq məsələsinə görə narazılığı yol açıb.

O, baş nazir Tereza Mey hökumətində davam edən siyasi böhranın dərinləşməsi əsnasında istefa verib.

"Biz referendumun nəticələrinə əməl edilməsi öhdəliklərində razılıq əldə edə bilmədik" - deyə, Mey Consonun istefası qərarı elan edildikdən az sonra parlament qarşısında bildirib.

Consonun istefası dünən ölkənin Avropa İttifaqından ayrılması prosesinə nəzarət edən nazir Devid Devisin istefasını bəyan etməsindən sonraya təsadüf edir.

Devis istefa məktubunda Mey hökumətinin iyulun 6-da razılaşdığı Brexit planını tənqid edib. O yazıb ki, bu siyasət ölkəni “danışıqlar prosesində zəif və qaçılması mümkün olmayan mövqeyə” salacaq. Devis Meyin mövqeyini təhlükəsli strategiya kimi qiymətləndirib.

Mey isə Davisə məktubunda yazıb ki, Brexit planı onun Avropanın vahid bazarını və gömrük birliyini tərk etmək öhdəliyinə uyğundur.

Mey hökuməti onsuz da kövrək durumdadır, son bir ildə bir neçə nazir cinsi qısnama iddialarına görə istefa verib.

XS
SM
MD
LG