Accessibility links

Britaniya Çin dövlət mediasının yayım lisenziyasını ləğv etdi


Britaniya Çin Kommunist Partiyası ilə əlaqəlsini əsas gətirərək cümə axşamı Çin dövlət televiziya kanalının ölkədəki yayım lisenziyasını ləğv edib.

Britaniyanın rabitə tənzimləyicisi olan Ofcom beynəlxalq səviyyədə ingilis dilində yayımlanan China Global Television Network-un (CGTN) ədalət və dəqiqlik qaydalarını pozduğu üçün lisenziyası əlindən alınıb deyə bildirib. Ofcom telekanalın məcburi etiraflar yayımladığı üçün barəsində insanlardan şikayətlər daxil olduğunu deyib.

Şikayətlərdən biri Honq Konqdakı keçmiş Britaniya Konsulluğunun işçisindən daxil olub. O, Honq Konqdakı etirazlarla əlaqədar olaraq məlumat almaq üçün polis tərəfindən saxlanılaraq işgəncəyə məruz qaldığını bildirirb. Digər şikayət isə Çində saxlandığı zaman etiraf etmək məcburiyyətində qaldığını iddia edən bir Britaniya korporativ müstəntiqindən daxil olub. Ona həmçinin korporativ quruluşla bağlı suallar verilib.

Ofcom lisenziya sahibi olan Star China Media Limited-in kanal üzərində redaktor nəzarəti olmadığını və bunun Britaniya qanunlarına zidd olduğunu bildirib. Star China sadəcə distribyutor kimi xidmət göstərib. Ofcom həmçinin əlavə edib ki, lisenziyanın telekanala ötürülməsi istəyi baxılan səndəddə "vacib məlumatlar" yer almadığı üçün rədd edilib. Bundan əlavə qurum CGNTC-nin “Çin Kommunist Partiyası tərəfindən idarə olunduğu” üçün bir lisenziyaya sahib ola bilməyəcəyini bildirirb.

Associated Pressə xəbər agentliyi Ofcom-a CGTN-ə uyğunlaşmaq üçün vaxt verdiyini, ancaq bu səylərin “tükəndiyini” bildirir.CGTN lisenziyanın ləğvi barədə heç bir açıqlama verməyib.

Associated Pressə-in bildirdiyinə görə Ofcom deyib ki, "bütün həqiqətləri və yayımçının və izləyicilərin ifadə azadlığı hüquqlarını nəzərə alaraq, CGTN-nin Böyük Britaniyada yayım lisenziyasının ləğv edilməsinə qərar verdik".

2016-cı ildə fəaliyyətə başlayan CGTN iddia edir ki,"dünya auditoriyasına dəqiq və vaxtında xəbərlər, habelə zəngin audiovizual xidmətlər təqdim edir, Çin ilə dünya arasında ünsiyyət və anlaşmanı təşviq edir, Çin ilə digər ölkələr arasında mədəni mübadilə və qarşılıqlı inamı artırır".

Şərhlərə bax

XS
SM
MD
LG