Accessibility links

Britaniya baş nazirinin atası Fransa vətəndaşlığına müraciət edib


Britaniyanın baş naziri Boris Consonun atası cümə axşamı Brexit-dən sonra Avropa İttifaqı ilə əlaqələrini davam etdirmək üçün Fransa pasportu üçün müraciət etdiyini bildirib.

2016-cı ildə Britaniyada keçirilən referendumda Brexit-də qalmağa səs verən Avropa Parlamentinin keçmiş üzvü Stenli Conson RTL radiosuna verdiyi müsahibəsində Fransa ilə güclü ailə bağları olduğu üçün Fransa vətəndaşı olmaq istədiyini deyib.

"Başa düşdüyüm qədər mən fransızam. Anam Fransada anadan olub, onun anası və babası da fransız idi. Buna görə də mən mənim olanı geri qaytarmaq istəyirəm. Bu da məni çox xoşbəxt edir" - deyə, 80 yaşlı Stenli Conson fransız dilində verdiyi müsahibədə bildirib.

"Mən hər zaman avropalı olacağam, bu dəqiqdir. Britaniyalılara siz avropalı deyilsiniz demək olmaz. Avropa İttifaqı ilə əlaqədə olmaq vacibdir" - deyə, o əlavə edib.

Onun oğlu Boris isə 2016-cı il referendumunda "tərk et" kampaniyasının ictimai siması olmuşdu. O, Britaniyanın bürokratik qurum olan Avropa İttifaqı xaricində suveren bir dövlət kimi "böyük uğurlar" əldə edəcəyini deyib.

Lakin çərşənbə günü baş nazir parlamentin Avropa İttifaqı ilə yeni ticarət sazişini təsdiqləməsindən sonra bunları deyib: "Bu, bir Avropa ölkəsi olaraq Britaniyanın sonu deyil. Biz bir çox cəhətdən beşinci Avropa modeliyik və biz belə qalmaqda davam edəcəyik."

Britaniya getdikcə gərginləşən 48 illik əlaqədən sonra cümə axşamı gecə Avropa İttifaqını rəsmən tərk edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-ın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir
please wait

No media source currently available

0:00 0:11:39 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG