Accessibility links

Britaniya ilə Avropa İttifaqı arasında gərginlik Brexit-dən sonra da davam edir


Britaniya ilə Avropa İttifaqı arasında gərginlik Brexit-dən sonra da davam edir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Britaniyanın cümə günü Avropa İttifaqından ayrılmasından sonra onların arasında gələcək münasibətlərlə bağlı rəsmi danışıqlar başlamasa da, gərginlik artır. Brüssel bildirir ki, Britaniya azad ticarət razılığı əldə etmək üçün Avropa İttifaqının standartlarına uyğunlaşmağı vəd etməlidir. London isə bunu etməyəcəyində təkid edir. Rəsmi danışıqların ən azı növbəti bir ay ərzində başlamayacağı gözlənilir.

Aydın bir gündə Fransadan Doverin Ağ Qayaları görsənir. Coğrafiya dəyişməyib. Lakin bir çox baxımdan Britaniya ilə qitədəki qonşuları arasında məsafə bir gecədə artıb. Britaniya üç il yarım davam edən siyasi hərc-mərclikdən sonra cümə günü Avropa İttifaqından ayrıldı.

Biz Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərdən azad olub, dünyadakı yerimizi tapa biləcəyimizə görə bayram etməliyik.
Nigel Faraj

Lakin belə görünür bir çox britaniyalının üzərində Brexit yorğunluğu var.

“Yalan deməyəcəm, mən ayrılmaq istəmirdim. Mən Avropa İttifaqında qalmağın lehinə səs vermişdim. Amma nəticə belə oldu. Ümid edirəm ki, faciə baş verməcəyək”, bank işçisi Lindsi Viler deyir.

Cümə günü Dover qayaları və Boris Consonun 10 Downing küçəsindəki iqamətgahının üzərində Brexit üçün geri sayma saatı əks etdirilmişdi.

“Biz Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərdən azad olub, dünyadakı yerimizi tapa biləcəyimizə görə bayram etməliyik”, Brexit Partiyasının lideri Nigel Faraj bildirib.

O yeri tapmaq asan olmayacaq. Britaniya hazırda keçid dövründədir və Avropa ilə azad ticarət razılığı əldə etmək üçün özünə 11 ay vaxt tanıyıb. Bu vaxt dekabr ayında sona çatacaq.

“Bir çox insan Brexitlə bağlı üç il yarım davam edən danışıqlardan sonra hər şey müəyyən olunub. Əslində heç nə həll olunmayıb. Birləşmiş Krallıqla Avropa İttifaqı arasındakı yeni münasibətin əsl aspektləri hələ yeni başlayır”, RAND korporasiyasının beynəlxalq vitse-prezidenti Çarli Ris bildirir.

Birləşmiş Krallıq və Avropa İttifaqının bayraqları
Birləşmiş Krallıq və Avropa İttifaqının bayraqları

İlkin müşahidələrə görə, Avropanın balıqçılıq üçün Britaniyanın sularına çıxış və Aİ-nın vahid bazarına çıxış müqabilində Britaniyanın Avropa İttifaqının əmək və ətraf mühit standartlarına əməl edəcəyinə dair zəmanət tələb edəcək. Britaniya isə bu cür uyğunlaşmaları istisna edib.

“Biz Avropa İttifaqı ilə eyni xəttə irəliləmək istəmirik, onların qaydalarına müvafiq qaydalar istəmirik, amma biz əməkdaşlıq etmək istəyirik və Aİ-nın bizimlə Kanada ilə olan azad ticarət razılığına bənzər razılıq vədini yerinə yetirməsini gözləyirik”, Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.

Lakin bu sərt mövqe Britaniyanın öz daxilində gərginliyi artırır. Belə ki, Şotlandiya yenidən Avropa İttifaqına qoşula bilmək üçün müstəqillik üzərində səsvermə tələb edir.

Britaniya boyu isə Brexitin səbəb olduğu bölgülər asanlıqla aradan qaldırılmayacaq.

Doverdəki ağ qayalar Avropa İttifaqının lehinə və əleyhinə mesajlar üçün lövhəyə çevrilib. Britaniya ilə ittifaq arasında gərginlik isə artmaqda davam edir və növbəti bir ilin çətin keçəcəyi gözlənilir.

XS
SM
MD
LG