Accessibility links

Britaniya: Kiber hücumları Rusiyanın işidir


Britaniya rəsmiləri Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinin (QRU) qlobal kiber hücumlarının yeni dalğasının arxasında olduğunu bildirir.

Xarici işlər naziri Ceremi Hant cümə axşamı Baş Kəşfiyyat İdarəsinin siyasi qurumlara, idarələr, media və idmanlara qarşı "qeyri-dəqiq və tələsik" hücumların məsulliyyətini daşıdığını söyləyib.

Dünya Anti-Dopinq agentliyinə, Ukrayna nəqliyyat sisteminə, 2016-cı il ABŞ prezident seçkilərinə hücumların arxasında da QRU dayanır.

Britaniyanın Milli Kiber Təhlükəsizliyi Mərkəzi çox sayda hücumların arxasında olan hakerlərin QRU personalı olduqlarını müəyyən edib. Agentliyin sözlərinə görə, dörd yeni hücum və əvvəlki kiber hücumlar QRU ilə əlaqəli olub.

Hesabatda QRU-nun əməlləri olaraq başqa haker hücumları sırasında Dünya Anti-Dopinq agentliyinə, Ukrayna nəqliyyat sisteminə, 2016-cı il ABŞ prezidentlik yarışına və digərlərə hücumlar sadalanır.

Britaniya rəsmiləri daha öncə Rusiyanın sabiq kəşfiyyatçısı Serqey Skripal və qızı Yuliyaya İngiltərənin Solsberi şəhərində hücumda QRU-nu günahlandırıb.

Rusiya hökuməti isə bir qayda olaraq ittihamları inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG